Icma.az
close
up
RU
Prezidentin Ağdam səfəri: “Bu ölkə öz vətəndaşına sahib çıxır

Prezidentin Ağdam səfəri: “Bu ölkə öz vətəndaşına sahib çıxır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Cənab İlham Əliyevin 9-10 may tarixlərində Qarabağ bölgəsinə səfəri çox mühüm əhəmiyyət daşıyır. 

Bu səfər zamanı Prezidentin bir sıra obyektlərin açılışında iştirak etməsi bir daha dünyaya göstərdi ki, Azərbaycan təkcə müharibədə qalib gəlməyi, ərazi bütövlüyünü və suverenliyini qorumağı bacarmır, həm də ilk növbədə öz vətəndaşının rifahı haqqında düşünür və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. 

O qeyd edib ki, səfər çərçivəsində istər mədəniyyət, istərsə də iqtisadi və sosial obyektlərin açılışı bu siyasətin bariz nümunəsidir: 

"Yeni açılan müəssisələr, gələcək iş yerləri və sosial infrastruktur vətəndaşların rifahına birbaşa təsir edir. Məsələn, Muğam Mərkəzinin istifadəyə verilməsi, Kəngərli kəndinə köçən sakinlərlə görüş, onlara evlərin açarlarının təqdim olunması, yeni yaradılan şəraitlə tanışlıq, uşaq bağçalarının və tam orta məktəbin açılışı buna nümunədir". 

Millət vəkili qeyd edib ki, müxtəlif dövlət qurumlarının fəaliyyət göstərməsi üçün inşa edilmiş çoxfunksiyalı inzibati binalar, yerli icra strukturlarının yerləşəcəyi müasir infrastruktur da xüsusi önəm daşıyır:

"Strateji baxımdan əhəmiyyətli olan Ağdam dəmir yolu ilə Avtovağzal kompleksinin açılışı da regionun inkişafı üçün vacib addımdır. Şuşada Daşaltı kənd məscidinin açılması Azərbaycanın mənəvi dəyərlərə verdiyi önəmi, multikultural dəyərlərin qorunmasına və insanlara olan münasibətə verdiyi diqqəti göstərir. 

Eyni zamanda, “Azərşıq”ın Xocalı Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin, eləcə də Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılması bölgənin sosial və texnoloji inkişafını təmin edir. Bütün bu addımlar bir daha göstərir ki, əsas məqsəd dövlət proqramına uyğun olaraq Böyük Qayıdışı həyata keçirmək, vaxtilə doğma yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı yenidən doğma torpaqlarına qaytarmaqdır. 

Bu, gələcək üçün də çox ciddi və önəmli bir mərhələdir və prosesin davam etdiriləcəyi gözlənilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetləri – ərazi bütövlüyümüzün qorunması, suverenliyin təmin olunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Bu siyasət həm daxildə, həm də xarici arenada dönməz və ardıcıl şəkildə davam etdirilir. 

Cənab Prezident hər bir obyektin açılışında, o cümlədən Muğam Mərkəzində çıxış edərkən bu məqamlara toxundu. İlham Əliyev çıxışında həm regionda baş verən hadisələrə, Azərbaycan-Ermənistan münasibətlərinə, həm də dünyada cərəyan edən proseslərə geniş qiymət verdi. Vurğuladı ki, gələcəkdə də Azərbaycan vətəndaşının maraqları hər zaman əsas olacaq və atılan hər bir addım bu prinsipə söykənəcək. Prezidentə və onun siyasətinə xalqın münasibəti də bu səfər zamanı aydın şəkildə göründü. 

Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasət əhali tərəfindən yüksək qiymətləndirildi. İnanırıq ki, plana və proqrama uyğun şəkildə bu işlər davam etdiriləcək, istər minalardan təmizləmə, istər digər vacib məsələlər öz həllini tapacaq. Azərbaycan dünyaya bir daha sübut edəcək ki, bu ölkə doğrudan da güclü, öz ləyaqətini və mənəviyyatını qoruyan, vətəndaşına sahib çıxır". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Prezidentin Ağdam səfəri böyük qayıdış Muğam Mərkəzi Arzu Nağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri