Bu tayfa yox olma təhlükəsi ilə üz üzədir
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amazonda məskunlaşan "Mashco Piro" tayfası 750 ildən bəri xarici dünya ilə təmasdan uzaq yaşayır. Lakin son vaxtlar bölgədə aparılan ağacqırma işləri səbəbindən tayfa üzvlərinin yad insanlarla qarşılaşması halları artıb.
News24.az xəbər verir ki, tarixən yadlara qarşı aqressiv mövqe sərgiləyən tayfa 2024-cü ildə iki meşə işçisini ox və tirlə öldürüb.
Mütəxəssislərin sözlərinə görə, tayfa üzvləri müxtəlif xəstəliklərə qarşı immun baxımından zəifdir və xarici insanlarla təmas onlar üçün ciddi təhlükə yaradır. Bənzər hallar əvvəllər digər yerli icmaların tamamilə məhv olmasına səbəb olub.
Tədqiqatçılar yaxın illərdə "Mashco Piro" ilə qarşıdurmanın qaçılmaz ola biləcəyini istisna etmirlər. Bu tayfa Amazon bölgəsinin izolyasiya olunmuş ən böyük icmalarından biridir və genişlənən sənaye fəaliyyəti onların mövcudluğunu ciddi risk altında qoyur.
Aqil


