Icma.az
close
up
RU
Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənab Prezident İlham Əliyev 2025-ci il noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında milli inkişafımızı müəyyən edəcək strateji konsepsiyanı təqdim edib və burada başlıca istiqamətlərdən birinin elm və sənayenin birgə fəaliyyətinin olmasını vurğulayıb. Bununla da ölkə iqtisadiyyatının və elmimizin gələcək dayanıqlı inkişafı üçün məhz universitet–sənaye əlaqələrinin effektivliyi əsas prioritet kimi irəli sürülüb. Sənaye və universitet əməkdaşlığının əsas göstəricilərindən biri birgə fəaliyyət nəticəsində əldə edilən praktik əhəmiyyətə malik elmi-tədqiqat işləridir.

"Unikal" xəbər verir ki, qarşılıqlı elmi əməkdaşlıq çərçivəsində “Azəralüminium” MMC, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) alimlərinin birgə fəaliyyətinin nəticəsi olaraq “Study of the Complex Processing Technology of Alunite Using Sulfurous Acid: A Pilot Approach” adlı elmi məqalə Kanadaya məxsus, Scopus indeksli “Mathematical Modelling of Engineering Problems” jurnalında dərc edilib.

Elmi-tədqiqat işi “Azəralüminium” MMC-yə məxsus Gəncə Alüminium İstehsalat Kompleksində həyata keçirilib. Kompleksdə texnoloji pilot layihə çərçivəsində aparılan proseslər zamanı avadanlıqların alınması, laborator mühitin yaradılması və sınaqların təşkili uğurla təmin olunub.

Məqalənin həmmüəllifləri “Azəralüminium” MMC-dən professor Cəmil Səfərov, AzTU-dan professor Sübhan Namazov, professor Fəxrəddin Yusubov, dosent Əli İbrahimov və MDU-nun gənc alimi Ramil Həsənovdur. MDU-nun gənc aliminin bu layihədə fəal iştirakı universitetin elmi potensialının sənaye ilə əməkdaşlıq müstəvisində praktik nəticələrə çevrilməsinin növbəti nümunəsidir.

Bu elmi-tədqiqat prosesi Azərbaycanda müasir alüminium sənayesinin yeni inkişaf mərhələsini hədəfləyir. Əsas məqsəd alüminium sənayesinin sıfırdan milli resurslar əsasında formalaşdırılmasını elmi-texnoloji müstəvidə təmin etməkdir. Sözügedən məqalə bir il ərzində bu istiqamət üzrə əldə olunan ikinci elmi nəticədir və yeni istehsal müəssisəsinin qurulmasına dair ilkin texnoloji pilot layihənin eksperimental nəticələrini özündə birləşdirir.

Qeyd edək ki, 2025-ci ilin 8 iyul tarixində MDU ilə “Azəralüminium” MMC arasında imzalanmış Memoranduma əsasən birgə elmi tədqiqatların aparılması, ustad dərslərinin təşkili, tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi və digər əməkdaşlıq istiqamətləri müəyyən olunub. Hazırkı elmi nəticə həmin əməkdaşlığın real, ölçülə bilən və milli sənayenin inkişafına xidmət edən bariz təzahürüdür.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri