Icma.az
close
up
RU
Bu temperaturdan sonra zəhər saçır: Çox evdə var AÇIQLAMA

Bu temperaturdan sonra zəhər saçır: Çox evdə var AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Mətbəxlərdə geniş yayılan silikon qabların və qaşıqların isti yeməklərlə təması bir çox insanı düşündürür. Yüksək temperaturda bu materialların tərkibinin dəyişməsi və zərərli maddələrin qidaya keçmə ehtimalı ciddi narahatlıq yaradır. Xüsusilə valideynlər uşaq qidasında bu vasitələrdən istifadənin nə dərəcədə doğru olduğunu anlamağa çalışırlar. Keyfiyyətli məhsul seçimi və düzgün istifadə qaydaları sağlamlıq risklərini minimuma endirən əsas detallardır.
Qida məsələləri üzrə ekspert Ağa Salamov Demokrat.az saytına verdiyi açıqlamada bu məqamlara aydınlıq gətirib.

Ekspert bildirib ki, qida sənayesi üçün istehsal edilən silikon məhsullar tamamilə təhlükəsizdir və gündəlik istifadədə heç bir problem yaratmır.
“Lakin burada əsas məsələ onların hansı şəraitdə istifadə olunmasıdır. Qida üçün nəzərdə tutulmuş silikon materiallar müəyyən temperatur həddinə qədər dayanıqlıdır. Adətən 180-200°C-yə qədər istifadə edildikdə problem yaratmır. Ancaq temperatur 200°C-ni keçdikdə, xüsusilə 230-250°C kimi yüksək dərəcələrdə bu materiallarda parçalanma prosesi başlaya bilər. Bu zaman tərkibində olan bəzi kimyəvi maddələrin qidaya keçmə ehtimalı yaranır ki, bu da sağlamlıq üçün zərərli hesab olunur. Bu səbəbdən, silikon və ya digər plastik əsaslı qab-qacaqlardan istifadə edərkən onları yüksək temperaturdan uzaq tutmaq vacibdir”. 
O bildirib ki, hətta məhsul keyfiyyətli və qida üçün nəzərdə tutulmuş olsa belə, düzgün istifadə edilmədikdə risk yarada bilər:
“Qida təhlükəsizliyi baxımından ümumiyyətlə çirklənmənin üç növü mövcuddur: mikrobioloji, fiziki və kimyəvi çirklənmə. Bu kontekstdə söhbət kimyəvi çirklənmədən gedir. Keyfiyyətsiz və ya düzgün istifadə olunmayan qab-qacaq qidaya zərərli maddələr ötürərək qida zəhərlənməsinə səbəb ola bilər. Bu isə qida təhlükəsizliyi baxımından yolverilməzdir. Buna görə həm ictimai iaşə obyektlərində, həm də ev şəraitində istifadəçilər diqqətli olmalıdırlar. Qab-qacaq alarkən onun sertifikatlı olub-olmamasına, qida ilə təmas üçün uyğunluğuna diqqət yetirilməlidir. Bu məhsullardan düzgün istifadə etmək də vacibdir. Qida üçün nəzərdə tutulmuş olsa belə, silikon qabların 200°C-dən yüksək temperaturda istifadəsi tövsiyə olunmur. Əks halda, həm qidanın dadı və qoxusu dəyişə bilər, həm də tərkibinə zərərli kimyəvi maddələr keçə bilər ki, bu da insan sağlamlığı üçün risk yaradır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri