Icma.az
close
up
RU
Bu yay çox isti keçəcək? AÇIQLAMA

Bu yay çox isti keçəcək? AÇIQLAMA

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qışın sərt keçməsi, yayda gözlənilən hava şəraiti ilə bağlı fərziyyələrə səbəb olur. Ənənəvi olaraq, sərt qışların isti yaylara, yumşaq qışların isə sərin yaylara yol açacağı düşünülür. Lakin iqlim dəyişikliyi bu əlaqələri mürəkkəbləşdirir və əvvəlcədən proqnozlaşdırmağı çətinləşdirir.

Ekoloq Sevil Yüzbaşova Metbuat.az-a açıqlamasında bildirib ki, bütün yay boyu hər kəs qışın sərt olacağını deyirdi:

"Amma gördüyümüz kimi, qış o qədər də sərt keçmədi. Əslində, hazırda sanki qış hələ davam edir. Bu da iqlim dəyişiklikləri ilə əlaqədardır. İqlim dəyişib, fəsillər bir az yerini dəyişib. Azərbaycanlıların özündə qışa aid böyük çillə, kiçik çillə və bozay kimi dövrlər var. Hazırda təbiətdəki dəyişikliklər bunu göstərir. Əslində, bir ay əvvəl fəsillər yerini dəyişib. İndiki hava şəraiti qışın kiçik çilləsinə uyğundur".

S.Yüzbaşovanın sözlərinə görə, qışın belə keçməsi, yağıntılı və qarlı olması yayda yaxşı hava şəraiti olacağına işarə edir:

"Yəni yağıntıların bol olması kənd təsərrüfatının, xüsusən də bağçılıq və bostançılıq məhsullarının bol olacağına işarə edir. İqlim dəyişikliyini nəzərə alaraq hesab edirəm ki, yayda ilk aylar sərin keçəcək. Həmişəki kimi iyul və avqust aylarında isə istilər gözlənilir. Bu, iqlim dəyişikliyi ilə bağlıdır. Çox ciddi istilərin olacağı əvvəldən məlum idi. Atmosferin çirklənməsi nəticəsində atmosferdəki qatların daha çox olması istiliyin daha güclü olmasına səbəb olur. Bu qatlar atmosferi bir yorğan kimi örtür və istiliyi saxlayır. Nəticədə buzlaqlar əriməyə davam edir. Buzlaqların əriməsi prosesi davam etdikcə belə kataklizmlər daha çox olacaq. Mənim yadıma gəlir ki, 70-ci illərdə bir dəfə çox böyük soyuqlar olmuşdu və qar yağmışdı. Hətta martın 28-də də qar yağmışdı. Mən həyatımda mart ayında qar yağdığını görməmişdim, amma o zaman yağmışdı".

Ekoloq qeyd edib ki, indi qarın yağması xüsusən də fermer təsərrüfatları üçün çox faydalıdır. Əkin-biçin mövsümündə məhsulun bol olacağı gözlənilir. Lakin ciddi istilərin olacağı şübhəsizdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri