Bu təyyarəni gizlicə əldə etməklə, onlar bölgədəki güc balansını pozdular
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Əlcəzairdə Rusiya istehsalı olan Su-57 qırıcı təyyarələri müşahidə olunub.
Turkustan.az xəbər verir ki, sosial mediada yayılan foto və videolarda beşinci nəsil Su-57E Felon qırıcı təyyarələrinin Əlcəzair hava məkanı üzərində uçduğu göstərilir. Bu inkişafla Əlcəzair Rusiya xaricində Su-57-nin ilk istifadəçisi və Şimali Afrikada beşinci nəsil qırıcı təyyarəyə sahib olan ilk ölkə olur.
Bu Əlcəzairin bölgədəki hava gücünü əhəmiyyətli dərəcədə artırır. Su-57E Felon, aşağı görünürlük (gizli) imkanları, inkişaf etmiş radar sistemləri və uzaq mənzilli sursat tutumu sayəsində Rusiyanın ən inkişaf etmiş döyüş təyyarəsi platforması kimi tanınır.
Əlcəzair və Rusiya arasında 12 Su-57 təyyarəsinin tədarükü ilə bağlı müqavilə 2024-cü ilin noyabr ayında imzalanıb. Müqaviləyə əsasən, tədarüklər mərhələli şəkildə planlaşdırılıb:
2025: 2 ədəd
2026: 6 ədəd
2028: 4 ədəd
Bu cədvəl təyyarələrin Əlcəzairin inventarına tədricən əlavə edilməsini nəzərdə tutur.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 26 Fevral 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















