Icma.az
close
up
RU
İsrail ABŞ tandemi İran üzərində strateji üstünlük əldə edərsə, bu birlik regionda güc balansını dəyişə bilər

İsrail ABŞ tandemi İran üzərində strateji üstünlük əldə edərsə, bu birlik regionda güc balansını dəyişə bilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Benyamin Netanyahu yaxın günlərdə xalqa müraciət edərək ölkənin “taleyüklü və mürəkkəb mərhələdən” keçdiyini vurğulayıb və milli birliyin hər zamankindən daha vacib olduğunu bildirib. O, regionda gərginliyin artdığını qeyd edərək daxili parçalanmanın yalnız təhlükəni dərinləşdirə biləcəyini qeyd edib. Netanyahu İran rəhbərliyinə ünvanladığı açıq mesajda “ayətullahların hakimiyyəti devrilməlidir” ifadəsini işlədərək sərt strateji ritorika nümayiş etdirib. Bu çıxış son dövrlər regional təhlükəsizlik dinamizminin sürətlə dəyişdiyi bir kontekstdə siyasi və strateji mesajlar daşıyır.

“Magen David Azərbaycan” İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Benyamin Netanyahu tərəfindən edilən müraciət təkcə daxili auditoriyaya ünvanlanmış emosional çıxış deyil, daha geniş strateji kontekstin məhsuludur: “İsrailin “taleyüklü və mürəkkəb mərhələ”dən keçdiyini vurğulaması və milli birlik çağırışı regionda formalaşan təhlükəsizlik dinamizminə verilən siyasi reaksiyadır. Xüsusilə, “ayətullahların hakimiyyəti devrilməlidir” ifadəsi artıq adi diplomatik ritorika çərçivəsindən çıxaraq ideoloji və strateji mesaj xarakteri daşıyır”.

“Sual ondan ibarətdir: mümkün İran-ABŞ qarşıdurması baş verərsə, döyüş meydanı İsrail olacaqmı? Bu sualın cavabı sadə “bəli” və ya “xeyr” deyil. Birincisi, İranın hərbi-strateji doktrinası ABŞ materikinə birbaşa zərbə modelinə deyil, regionda yerləşən ABŞ bazalarına və müttəfiqlərinə təzyiq modelinə əsaslanır. İranın raket arsenalı əsasən regional radius çərçivəsində effektivdir. Bu da o deməkdir ki, eskalasiya halında ABŞ-ın Yaxın Şərqdəki mövcudluğu və onun əsas müttəfiqi olan İsrail risk zonasına daxil olur. Lakin bu, avtomatik olaraq “İsrail əsas döyüş meydanı olacaq” anlamına gəlmir. Daha real ssenari çoxcəbhəli və proksi xarakterli qarşıdurmadır.

İran uzun illərdir asimmetrik müharibə modelini tətbiq edir. Bu model birbaşa genişmiqyaslı hava müharibəsindən çox, ballistik və kruiz raketləri, pilotsuz aparat hücumları və regiondakı tərəfdaş strukturlar vasitəsilə təzyiq mexanizmini nəzərdə tutur. Bu kontekstdə Livandakı Hizbullah və Qəzza xəttində Həmas kimi aktorlar mühüm rol oynayır. Bu yanaşma İsraili birbaşa ABŞ-la deyil, daha çox dolayı və regional cəbhədə üz-üzə qoya bilər”-deyən şərhçi qeyd edib ki, digər tərəfdən, İsrailin təhlükəsizlik arxitekturası məhz bu riskləri nəzərə alaraq qurulub.

David Seliverstov hesab edir ki, çoxlaylı hava-raket müdafiə sistemləri – Iron Dome, David’s Sling, Arrow və yeni lazer əsaslı Iron Beam – uzunmüddətli raket təzyiqinə qarşı müdafiə davamlılığı təmin edir: “Paralel olaraq İsrail Hərbi Hava Qüvvələrinin uzaq məsafəli əməliyyat imkanları və havada yanacaq doldurma qabiliyyəti ölkənin yalnız müdafiə deyil, strateji cavab potensialına malik olduğunu göstərir. Bu isə siyasi baxımdan çəkindirmə mesajıdır: hücumun qiyməti yüksək olacaq”.

“Netanyahunun milli birlik çağırışı, məhz bu strateji balans kontekstində dəyərləndirilməlidir. Uzunmüddətli təhlükəsizlik təhdidi şəraitində daxili parçalanma hərbi zəiflikdən daha təhlükəli amilə çevrilə bilər. Buna görə də müraciət həm daxili konsolidasiyaya, həm də xarici aktorlara yönəlmişdir. Mesaj ondan ibarətdir ki, İsrail mümkün regional sınaqlara hazırdır və daxili birlik olmadan təhlükəsizlik təmin edilə bilməz”-deyə şərhçi vurğulayıb.

“Əgər hipotetik olaraq İsrail–ABŞ tandemi İran üzərində strateji üstünlük əldə edərsə və İran ərazisində hərbi obyektlərə zərbələr endirilərsə, bu, regionda güc balansını dəyişə bilər. Lakin belə bir ssenari avtomatik sabitlik yaratmaz. İran kimi böyük və kompleks dövlətin zəifləməsi regional qeyri-sabitlik, daxili parçalanma və yeni güc boşluğu risklərini artırar. Bu da yalnız Yaxın Şərq üçün deyil, Cənubi Qafqaz üçün də dolayı təsirlər yarada bilər”-deyə David Seliverstov bildirib.

David Seliverstov qeyd edib ki, Azərbaycan kimi İranla uzun sərhədə malik dövlət üçün əsas risklər birbaşa hərbi deyil, daha çox təhlükəsizlik, miqrasiya, enerji bazarları və diplomatik balans sahəsində özünü göstərə bilər: “Regional eskalasiya enerji qiymətlərində sıçrayışa, nəqliyyat marşrutlarının yenidən formalaşmasına və böyük güclər arasında rəqabətin artmasına səbəb ola bilər. Bu şəraitdə optimal strategiya emosional mövqe deyil, balanslı və praqmatik siyasətin davam etdirilməsidir.. İsrailin sərt ritorikası yaxınlaşan qaçılmaz total müharibənin elanından çox, strateji çəkindirmə və daxili konsolidasiya məqsədi daşıyır. İran–ABŞ qarşıdurması baş verərsə, İsrail risk zonasına daxil ola bilər, lakin regionun bütövlükdə çoxcəbhəli və hibrid xarakterli qarşıdurma mühitinə çevrilməsi daha real ssenaridir. Əsas məsələ hansı dövlətin “döyüş meydanı” olacağından daha çox, regional güc balansının necə idarə olunacağıdır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri