Icma.az
close
up
RU
Bu, tibb işçilərinin maaşlarının artmasına səbəb olar Deputat

Bu, tibb işçilərinin maaşlarının artmasına səbəb olar Deputat

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Büdcədə səhiyyə xərclərinin 2 milyard manata yaxınlaşması (büdcə xərclərinin 4,8 %-i) olması, 2024-cü illə  müqayisədə 7.1% cox səhiyyə xərclərinin son 5 ildə 2 dəfədən artıq artması dövlətimizin bu sahəyə necə qayğı ilə yanaşmasının göstəricisidir.

Ölkə.Az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşməsində müasir yanaşmaların tətbiqi səhiyyə sahəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. “Səhiyyə xərclərinin 70%-dən çox İcbari Tibbi Sığorta Fonduna (İTSF) yönəlməsi bu sahənin prioritet olmasının sübutudur. Beləliklə, 1.5 mlrd-da yaxın vəsait dövlət büdcəsi hesabına əhalinin sığortalanmasına, digər vəsait isə dövlət proqramlarına ayrılmışdır. Bu sosial dövlət modelinin uğurla tətbiqinin nümunəsidir.

Ancaq Hesablama Palatasının rəyindən göründüyü kimi, burada da bəzi korrektələrə, daha fərqli idarəetmə həllərinə və ölkə qanunvericiliyinə uyğun şəkildə müasir korporativ idarəetmə modellərinin tətbiqinə ehtiyac var”, - o qeyd edib.

Deputat əlavə edib ki, digər sahələrdə də olduğu kimi, yaradılmış publik hüquqi şəxslərin hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərdiyinin şahidi olur: “Ancaq müasir idarəetmə tətbiq edilən, işini zamanın tələblərinə uyğun quran, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Abşeron Tibb Mərkəzi PHŞ-lər dotasiyasız fəaliyyət göstərir, Sumqayıt Tibb Mərkəzi isə çox cüzi 7-8% dotasiya ilə fəaliyyət göstərir. Belə nəticə çıxartmaq olar ki, islahatların davamlı və ardıcıl tətbiqi bu müsbət nəticələrin artmasına gətirib çıxarar. PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzlərində tibbi kadrlardan səmərəli istifadə, modernləşmə, maddi texniki bazanın yaxşılaşması bu müsbət tendensiyaları sitimullaşdırır. 

Düşünürəm ki, tibb müəssisələrində ştat vahidlərinin formalaşmasında vahid elmi əsaslara söykənən yanaşma, digər neqativ tendensiyaların qarşısının alınmasında mühüm rol oynayardı. Səhiyyə Nazirliyinin ölkə paytaxtında fəaliyyət göstərən PHŞ olmuş müəssisələri ilə yanaşı, regionlarda fəaliyyət göstərən müəssisələrinin PHŞ-lərə çevrilməsi, mühüm əhəmiyyət kəsb edir. Beləliklə, İTSF-da toplanan kifayət qədər böyük vəsaitə TƏBİB-in, Səhiyyə Nazirliyinin və özəl tibb qurumlarının eyni dərəcədə əlcatanlığının təmin edilməsi, bir rəqabət mühitinin formalaşmasına gətirib çıxarar, bu da əhaliyə keyfiyyətli tibb xidmətinin göstərilməsi ilə nəticələnərdi. Ölkədə fəaliyyət göstərən bütün tibb  müəssələrinin İTSF-da olan vəsaitlərə çıxışının asanlaşdırılması bu müəssələrdə çalışan həkimlər və digər tibb işcilərinin maaşlarının artırmasına və bu müəssisələrin maddi-texniki imkanlarının artmasına bir stimul yaradardı. Bu həm də təsdiq olunmuş İTSF-nin büdcəsində nəzərdə tutulmuş (2024 cü ildə 393 mln ) vəsaitin səmərəli istifadəsinə gətirib çıxarardı.

Bütün bunlarla yanaşı, tibb müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və ilkin səhiyyə xidmətinin modernləşdirilməsi istiqamətində atılan addımlar, tibb işcilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, səhiyyə islahatlarının daha da uğur qazanmasına əminliyi artırır”.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri