Icma.az
close
up
RU
Bu vəzifəli şəxslərin maaşlarının astronomik artımına gətirib cıxarmamalıdır Deputat

Bu vəzifəli şəxslərin maaşlarının astronomik artımına gətirib cıxarmamalıdır Deputat

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Qlobal siyasətdə və dünya iqtisadiyyatındakı yeni formatların yaranması və prioritetlərin dəyişməsi demək olar ki, bir cox ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərmişdir.  Bu mənfi tendensiyalar və ticarət müharibələri  fonunda  Azərbaycanın iqtisadiyyatındakı müsbət meyllər ölkə Prezidentinin rəhbərliyi altında hökümətin ugurlu iqtisadi siyasət yürütdüyünün parlaq sübutudur.Sevindirici haldır ki,  hesabat ilində   qeyri-neft sektorunda iqtisadi fəallıq davam edir, ixrac imkanları genişləndirilir, yerli istehsalat stimullaşdırılır, biznes mühiti yaxşılaşdırılır”.
Ölkə.Az  xəbər verir ki, bunu deputat  Müşfiq Məmmədli parlamentdə hökumətin 2024-cü il hesabatının müzakirəsi zamanı deyib. 
Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşmənin artması  səhiyyə sahəsinin inkişafının artan dinamikasını təmin etməkdədir.
“Bu istiqamətdə tibbi kadrların hazırlanmasında yeni yanaşmaların həyata kecirilməsi,elektron reseptin tətbiqi, TƏBİB-in tabeliyində olan səhiyyə müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması,dövlət proqramlarına ayrılmış vəsaitlərdən səmərəli istifadə və xidmətlər zərfinin genişləndirilməsini xüsusilə qeyd etmək lazımdır.
Qeyd etmək lazımdır ki, publik hüquqi şəxslərin öz yaradılış fəlsəfəsinə uygun olaraq    fəaliyyət göstərməsi cox önəmlidir.  Regionlarda  Publik Hüquqi Şəxslər (PHŞ) şəklində fəaliyyət göstərən tibb mərkəzləri cevik və korporativ idarəemə modellərini  tətbiq emədiklərinə, izafi xərclərə yol verdiklərinə görə hələ də dotasiya ilə fəaliyyət göstərirlər. Büdcənin artması hec də tibbi xidmətin keyfiyyətinin artırılmasında rol oynamayan qeyri tibbi ixtisasların ştat sayının artmasına, PHŞ-də rəhbər vəzifəli şəxslərin maaşlarının astronomik artımına gətirib cıxarmamalıdır. Tibb müəssisələrinə gəlir gətirən sahələr üzrə xidmətlər artırılmalı və autsorsinqə verilən xidmətlərin kənar maliyyə auditi aparılmalı və səmərəliliyi dəyərləndirilməlidir. Özəl tibb müəssisələrinə göndərişlərin verilməsində şəfaflıgın artırılması davam etdirilməli və burada süni müdaxilə, sui-istifadə hallarının qarşısı alınmalıdır. Düşünürəm ki, tibb müəssisələrində ştat vahidlərinin formalaşmasında vahid elmi əsaslara söykənən yanaşma cox vacibdir”, - deputat qeyd edib.
Deputat əlavə edib ki, tibb universitetinin klinikalarının, özəl müəssisələrin icbari tibbi sığorta vəsaitlərinə əlcatanlıgının artması, onkoloji xəstəliklərin müayinəsinin mərhələli şəkildə xidmətlər zərfinə daxil edilməsi parlament və hökumət əməkdaşlıgının ugurlu nümunəsidir. 
Mürtəza 
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri