Icma.az
close
up
RU
“Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır”

“Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırda toxumçuluq sahəsində normativ hüquqi bazanın və keyfiyyətə nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, damazlıq işi üzrə isə uçot, seleksiya və idarəetmə sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var. Müzakirə etdiyimiz qanun layihəsi məhz bu sahədə hüquqi bazanın möhkəmlənməsinə imkan yaradacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Prezident tərəfindən təsdiq edilən dövlət Proqramında toxum istehsalının artırılması, bu sahədə özünütəminatın yaxşılaşdırılması və toxumçuluq sahəsində qurulmuş mütərəqqi sistem vasitəsilə keyfiyyətə və dövriyyəyə nəzarətin təmin edilməsi bu sahə üzrə əsas fəaliyyətlər sırasındadır.

Beynəlxalq praktika göstərir ki, tərəvəz məhsullarının maya dəyərində toxum xərcləri 10 faizə yaxın paya malikdir. Daha orqanik məhsullarda bu pay nisbətən çoxdur. Bu baxımdan, toxumçuluğun inkişaf etdirilməsi bir tərəfdən kənd təsərrüfatı məhsulları üzrə xərcin azalmasına, digər tərəfdən isə məhsuldarlığın yüksəlməsinə səbəb olar.

Qlobal olaraq istehsal edilən buğdanın 15 faizə qədəri toxum üçün saxlanılır. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış dövlətlərdə toxumluq buğdanın 85 faizə qədəri yerli istehsal hesabına ödənilir. Azərbaycanda buğda ehtiyat 3.343 milyon tondur. Bunun 1.649 milyon tonunu istehsal təşkil edir. Toxumluq buğda isə 111.447 min tondur. Bu o deməkdir ki, toxumluq buğda ehtiyatlar ilə müqayisədə 3.3, istehsal ilə müqayisə də isə 6.7 faiz paya malikdir.

Tərəvəz məhsulları üzrə ehtiyatımız 2.237 milyon ton, istehsal 1.838 milyon ton, toxum isə1.063 min tondur. Görüdüyü kimi, tərəvəz məhsulları üzrə toxum ehtiyatı ümumi istehsalın heç 1 faizinə də çatmır.

Rəsmi statistikaya əsasən, bostan məhsulları üzrə ehtiyat 494.591 min, bu məhsulların istehsalı 490.558 min, toxumluq məhsul isə cəmi 290 tondur. Göründüyü kimi, toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var. Bu həm dövlət proqramının əsas istiqamətlərindəndir, həm də idxalın azalmasına səbəb ola bilər. 

Konseptual olaraq istehsalın genişləndirilməsi, idxalın azaldılması toxumçuluqda əsas hədəflərdən hesab edilir. Hüquqi bazanın möhkəmlənməsi isə bu sahədə hədəflərə çatmağa dəstək olacaq”, - deputat bildirib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri