Icma.az
close
up
RU
Niyə bizdə çatmır ?

Niyə bizdə çatmır ?

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Bir axşam restoranda oturmuşam. Hesab gəlir. Üstündə “servis haqqı” yazılıb. Ödəyirəm. Gülümsəyib deyirəm:
 

– “Çayvoy” rəsmiləşib”

Ofisiant da sakitcə gülümsəyir. Sonra yavaşca, az qala utanaraq deyir:

– Çox sağ olun, amma... bu bizə çatmır.

Elə bil cibimdən deyil, içimdən nəsə düşür. “Bizə çatmır”... Bu cümlə əlimdəki pulu da, niyyətimi də, məntiqimi də havada, boşluqda buraxır.

Bənzər cümləni bir neçə gün sonra bir taksi sürücüsündən eşitdim. Onlayn qaydada ödəniş edirəm, üstəlik 1 manat da "bəxşiş" əlavə edirəm. Ekrana baxır,  “o bizə gəlmir, şirkətə gedir” deyir. Üzündə təəssüf var, maşından tez düşməyimi istəyir sanki. Nə də olsa, “qazancsız müştəriyəm”.

Paket gətirən kuryerə də eyni niyyətlə onlayn şəkildə artıq pul ödədiyimiz olur. Cavab da dəyişmir: “Sistemə gedir, mən almıram”.

Sən düşünürsən ki, insanlara dəyər verirsən, zəhmətə minnətdarlıq göstərirsən. Amma nəticədə nə onlar razı qalır, nə də sən...

Maraqlıdır, nə üçün veririk biz bu pulu? 

Əksər sistemlərdə "təşəkkür" deyə verdiyin pul şirkətə gedir, əməyə yox. Sanki ödədiyin pul suda itir, xidmətin qarşılığı hardasa başqa mədəyə düşür.

Əslində burada söhbət təkcə bir neçə manatlıq xidmət haqqından getmir. Burada səssiz və geniş ədalətsizlik hissi var. Sanki nə qədər minnətdar olmaq istəsən də, kiməsə birbaşa təşəkkür edə bilmirsən.
 

Nə qədər insan təkcə maaşla yaşamağa məcburdur – çünki təşəkkür almaq da qadağandır.
    


Sanki insan insana təşəkkür edə bilmir artıq. Nə etsən də, aradakı hiss – sistemə düşüb yoxa çıxır. Bəxşiş bir simvoldur. Pulun özü yox, niyyətin ölçüsüdür. Amma sən bu niyyəti bir növ poçtla göndərirsən və göndərdiyin ünvanda artıq heç kim yaşamır.

Məsələ pul deyil... Məsələ budur ki, bir təşəkkür, bir etiraf belə, sahibinə çatmırsa – biz niyə bu qədər danışırıq, niyə paylaşırıq?

Xidmət göstərənlə xidmət alan arasında gözəgörünməz bir körpü olurdu. İndi o körpü serverə bağlanıb. Təşəkkür də, hörmət də sistemə “login” olmaqla başlayır – və orada qalır.

Bu gün insanlar “çox sağ ol” deməyə çalışır. Amma o “çox sağ ol” da robot səsi ilə çıxır – tətbiqin ekranından. Qapı bağlanır. Adam gedir. Təşəkkür isə... havada qalır.

Məni narahat edən budur: Bəlkə elə bu sistem bizim də təşəkkür etməyi unutmağımıza xidmət edir? Əgər təşəkkür heç kimə çatmırsa, bir gün biz onu adi qaydada deməyi də yaddan çıxaracağıq...

Amma siz yenə də təşəkkür edin - bəlkə çatar...

Əzizə Zeynal 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri