Icma.az
close
up
RU
Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda güc və təhlükəsizlik amili qlobal miqyasda ən əsas məsələlərdən biridir. Dost və qardaş Türkiyənin də dünyada söz sahibi olan güclü dövlətə çevrilməsi qüruvericidir. Ankaranın ev sahibliyi ilə keçirilən NATO sammiti Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

O bildirib ki, sammit qardaş ölkə tərəfindən çox yüksək səviyyədə təşkil olunub:

"Dünyanın mürəkkəb transformasiya dövründə keçirilən sammit NATO üçün mühüm əhəmiyyət daşıyır və alyansın mövcud təhlükəsizlik çağırışlarına yanaşmasının müzakirəsi baxımından önəmli platforma oldu. Dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donald Trampın da sammitdə iştirakı xüsusi vurğulanmalıdır. Məlumdur ki, Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra Vaşinqtonun regionumuza diqqəti əhəmiyyətli dərəcədə artıb. Ağ Evin rəhbəri region üçün Türkiyənin və Azərbaycanın önəmini çox yaxşı bilir. Ona görə də, o, hakimiyyət qayıtdıqdan sonra Vaşinqtonun bölgədə Türkiyə və Azərbaycanla münasibətlərində yeni mərhələ başlayıb.

Təsadüfi deyil ki, Prezident Tramp Rəcəb Tayyib Ərdoğana olan hörmətinə görə NATO-nun sammitinə qatıldığını açıqlayıb. Əgər başqa ölkədə keçirilsəydi, Ağ Evin rəhbəri sammitdə iştirak etməyə bilərdi”,-deyən millət vəkilinin sözlərinə görə, Donald Tramp Türkiyəyə qarşı daha əvvəl tətbiq edilmiş birtərəfli sanksiyaların ləğv ediləcəyini bəyan edib. Eyni zamanda, F-35 hərbi təyyarələrinin Türkiyəyə satıla biləcəyini də istisna etməyib".

Samir Vəliyev qeyd edib ki, Ankarada keçirilən sammit NATO-nun gələcək strategiyasının müəyyənləşdirilməsi və Türkiyənin Alyansdakı rolunun gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir:

“Əlbəttə, NATO müttəfiqlərinin Türkiyənin rolunu xüsusi vurğulaması, ABŞ liderinin Prezident Ərdoğanla bağlı müsbət fikirləri təsadüfi deyil. Çünki Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada güclü dövlət kimi tanınır. Qardaş ölkənın hazırda regional proseslərə ciddi təsir imkanları var. Həm Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması, eləcə də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə təmin edilməsi prosesində rəsmi Ankaranın rolu inkaredilməzdir. Ankaranın Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasında rolunu beynəlxalq ekspertlər də etiraf edirlər”.

Deputat Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğunu vurğulayıb:

"Digər vacib məqam odur ki, Türkiyə son 20 ildə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə çox sürətlə öz müdafiə sənayesini gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Hazırda Türkiyə dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısıdır. Ankara bundan sonra da diqqətini pilotsuz döyüş platformalarının işlənib hazırlanmasına yönəldir və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemini yaratmaqdadır. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən beş ölkədən biri sayılır. Bütün bunlar Türkiyənin hərbi sənayesinin mühüm nailiyyətləridir. Təbii ki, belə güclü hərbi potensiala sahib olan ölkə ilə digər dövlətlər hesablaşmalıdır. Lakin Ankara bu gücü ilə sadəcə öyünmür, dünyada sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərini davam etdirir.

Bütövlükdə, ABŞ və digər NATO üzvləri Türkiyənin regionda gücünü qəbul edir və bölgədə özünün əsas müttəfiqlərin biri hesab edir. Bu baxımdan, NATO-nun Ankara sammiti region və qlobal təhlükəsizlik baxımından faydalı nəticələr verəcəyi şübhəsizdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyul 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri