Icma.az
close
up
RU
“Bu üç şəxs mənim həyatımda önəmli insanlardır”

“Bu üç şəxs mənim həyatımda önəmli insanlardır”

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs mənim həyatımda önəmli insanlardır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. Pop kraliça Vaqif Gərayzadə ilə tanışlığını belə xatırlayıb:

"Son zəng”dən sonra elə məktəb formasında düz İncəsənət Universitetinin arxasındakı məşq yerinə getdim. Dedim ki, mən oxumaq, sizinlə çalışmaq istəyirəm. Vaqif müəllim hələ mənə qulaq asmayıb mahnı verirdi. Bu, tilsimli məqam idi. Birdən ayıldı ki, dayan görüm, oxuya bilirsən, nə ifa edəcəksən? Rasim İmanovun "Gerçəklərim yalan oldu" mahnısını pianinoda ifa etdim. Sonra özü çaldı, mənə onu oxu, bunu belə oxu dedi. Və həmin gün mənə 2 mahnı verdi”.

Kazımova Xalq artisti Alim Qasımovla bağlı xatirəsini bölüşüb: 

"Aypara" qrupunda adətən dəyişməz solist Alim Qasımov olaraq qalırdı. O, olmayanda Elçin Cəlilov olurdu. Allah ona rəhmət eləsin. Adətən estrada mahnılarını Alim Qasımova mən göstərirdim. Nə qədər də olmasa, muğam ifaçısı üçün estrada mahnısının ritmləri onlara yad janrdır deyə, bu tərzdə mahnı ifa etmək bir az çətin gəlirdi. Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim. Böyük çıxmasın. Mahnını kontasını, melodiyasını ifa edirdim ki, yadında qalsın.

Adətən Vaqif müəllim yeni mahnılarını mənə göstərirdi, onları əzbərləyirdim. Bütün mahnıları gözəl, qəşəng, səliqəli şəkildə dəftərlərə yazırdım. Mən gələnə qədər Vaqif müəllimin bütün mahnı sözləri vərəqlərdə, dağınıq şəkildə idi. Gəldim, səliqə yaratdım, əlaçı olmuşam axı, hamısını səliqəli yazırdım. Adları, başlıqları ilə qırmızı qələmlə altından xətlər çəkirdim. Birinci kuplet, ikinci, nəqarət və sair. Beləcə, Vaqif müəllimin gözəl bəstələrinin hamısını bir yerə cəmləyirdim. Elə bil bir növ Vaqif müəllimin köməkçisi idim. O, bizə dərs olaraq tapşırırdı ki, görkəmli muğam ifaçılarımızı, dünya ulduzlarını, əsas caz ifaçılarını dinləyin. Mən, Zülfiyyə Xanbabayeva, bütün komanda onun sözünə qulaq asırdıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri