Icma.az
close
up
RU
ÜÇ ÖNƏMLİ ALIŞQANLIQ: OTURMAQ, DİQQƏT VƏ SƏBİR

ÜÇ ÖNƏMLİ ALIŞQANLIQ: OTURMAQ, DİQQƏT VƏ SƏBİR

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Xaləddin İbrahimli,

professor

İnsan, bir növ, alışqanlıqlar (bizdə vərdiş deyilir) toplusudur. Həyatda əldə etdiyimiz uğurların böyük hissəsi istedaddan çox, hər gün təkrarladığımız kiçik davranışlardan yaranır. Vaxtında qalxmaq, kitab oxumaq, işi yarımçıq qoymamaq, diqqətlə dinləmək, məsuliyyətli olmaq, səbir etmək və s. Bunların hamısı sonradan formalaşan alışqanlıqlardır.

Bir insan nə qədər çox faydalı alışqanlığa sahibdirsə, həyatda uğur qazanmaq ehtimalı da bir o qədər artır.

Bu alışqanlıqlar içində bəlkə də ən çox diqqətdən kənarda qalanı “oturmaq alışqanlığı”dır. Uşaq bir yerdə sakitcə oturmağı, müəyyən müddət boyunca bir işə bağlı qalmağı, başladığı fəaliyyətin içində qalmağı öyrənməyibsə, oxumaqda, yazmaqda, hətta dinləməkdə də çətinlik çəkə bilər. Məktəbdə uşağa ilk öyrədilən şey yalnız hərflər və rəqəmlər olmamalıdır. Uşaq əvvəlcə oturmağı, gözləməyi, diqqətini bir nöqtədə saxlamağı öyrənməlidir. Bu, uşağı susdurmaq və ya hərəkətsizləşdirmək demək deyil. Əksinə, onun öz davranışını idarə etməyi öyrənməsidir. Uşaq ayağa qalxmaq istəyəndə bir az daha oturmağı, oyuna qaçmaq istəyəndə tapşırığını bitirməyi, danışmaq istəyəndə əvvəlcə dinləməyi öyrənir. Bu kiçik görünən vərdişlər sonradan dərs çalışma, kitab oxuma, iş görmə və məsuliyyətli olma qabiliyyətinin əsasına çevrilir.

İkinci mühüm alışqanlıq diqqətdir. Diqqət də yalnız doğuşdan gələn bir xüsusiyyət deyil; onu gücləndirmək, öyrətmək və gündəlik həyatın içində inkişaf etdirmək mümkündür. Uşağın diqqətini toplaması üçün ona sadəcə “diqqətli ol” demək kifayət etmir. Diqqət məsuliyyətlə, müşahidə və qayğı ilə formalaşır.

Bu baxımdan, son zamanlar araşdırma obyekti olan ev heyvanına qulluq uşaqlar üçün çox faydalı ola bilər. Quşun suyunun dəyişdirilməsi, balığın yeminin vaxtında verilməsi, pişiyin və ya itin təmizliyinə, sağlamlığına və qidalanmasına fikir verilməsi uşağa sadəcə heyvan sevgisi öyrətmir. Uşaq anlayır ki, onun davranışı başqa bir canlının həyatına təsir edir. Bu anlayış məsuliyyət hissi yaradır.

Amma burada vacib bir şərt var: məsuliyyət həqiqətən uşağa verilməlidir. Heyvan evdə olsa, amma bütün qayğını valideyn göstərsə, uşaq yalnız sevməyi öyrənər, məsuliyyət daşımağı yox. 

Uşağın yaşına uyğun kiçik və davamlı vəzifələri olmalıdır: su qabını doldurmaq, yem vermək, qəfəsi təmizləməyə kömək etmək, heyvanın davranışındakı dəyişiklikləri müşahidə etmək. Bu işlər uşağa diqqət, qayğı və ardıcıllıq alışqanlıqları öyrədir.

Xüsusilə diqqəti tez yayınan uşaqlar üçün balıq, quş və ya başqa bir ev heyvanına qayğı göstərmək faydalı gündəlik fəaliyyət ola bilər. Uşaq müşahidə etməyi, vaxtı izləməyi, dəyişiklikləri görməyi və günlük fəaliyyətində düzən yaratmağı öyrənir. Əlbəttə, bu, peşəkar dəstəyə ehtiyacı olan uşaqlarda müalicənin yerini tutmur. Lakin ailənin qurduğu düzgün gündəlik nizamın faydalı hissəsinə çevrilə bilər.

Üçüncü əsas alışqanlıq səbirdir. Səbir də insanın xarakterində hazır şəkildə olan bir keyfiyyət deyil; o, təcrübə ilə yetişir. Uşaq hər istədiyini dərhal əldə etməyə öyrəşərsə, gözləməyi və zəhmət çəkməyi çətin qəbul edir. Halbuki həyatın ən qiymətli nəticələri çox vaxt səbr, təkrar və zəhmət tələb edir.

Keçmişdə uşaqlara taxta və metal ilə işləmək, oyma, döymə, əl işi və sənətkarlıq öyrədilməsi təsadüfi deyildi. Bu işlər tələskənliyi qəbul etmir. Ağacı oymaq, metala forma vermək, bir əşyanı diqqətlə düzəltmək insanı yavaş çalışmağa, səhvini görməyə, yenidən cəhd etməyə məcbur edir. Belə işlərlə məşğul olan uşaq yalnız əl bacarığı qazanmır; eyni zamanda təmkin, səbir və öz əməyinə hörmət öyrənir.

Bu gün ailələr və məktəblər uşağa daha çox informasiya verməyə çalışır. Amma bəzən informasiya qədər davranış alışqanlıqları da vacibdir. Uşaq oturmağı, dinləməyi, diqqət etməyi, məsuliyyətli olmagı və səbir etməyi öyrənərsə, sonradan öyrənəcəyi biliklərin də daha möhkəm təməli olar.

Bəlkə də məktəbdə ilk dərs hərf və rəqəm olmamalıdır. İlk dərs oturmağı, gözləməyi, dinləməyi və başladığın işi bitirməyi öyrətmək olmalıdır. Çünki insanın gələcəyini çox vaxt böyük sözlər deyil, hər gün təkrarladığı kiçik alışqanlıqlar müəyyən edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri