Icma.az
close
up
RU
“Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir”

“Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir”
“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 qəzası ilə bağlı istintaq orqanları tərəfindən araşdırma aparılır. Belə bir mərhələdə məsələnin mahiyyəti tam aydınlaşmamışkən konkret nəticələr çıxarmaq və ya versiyalar üzərində qəti fikir söyləmək düzgün olmazdı. Hadisənin səbəbləri araşdırılır və bütün ehtimallar texniki nasazlıq, təbiət hadisəsi və ya digər mümkün amillər nəzərdən keçirilir”. 
Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.
O əlavə edib ki, hər bir versiya hüquq-mühafizə orqanları tərəfindən obyektiv şəkildə araşdırıldıqdan sonra hadisənin səbəbləri tam şəkildə üzə çıxacaq:
“Bu kimi hadisələr, təbii ki, ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb ola bilər. Xüsusilə də, Azərbaycan-Türkiyə-Pakistan ittifaqının son illərdə güclənməsi, strateji və hərbi əməkdaşlığın artması və regionda yeni güc balansının formalaşması bəzi dairələri narahat edə bilər. Bu üçtərəfli əməkdaşlıq artıq təkcə regional deyil, qlobal səviyyədə də öz təsirini göstərməkdədir. Yaxın keçmişdə Bakıda keçirilən Zəfər paradı da bu güc birliyinin simvoluna çevrildi. Həm Azərbaycan, həm də Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə baş tutan bu tədbir, müttəfiqlik münasibətlərinin daha da dərinləşdiyini göstərdi. Bu cür hadisələr, təbii olaraq, müəyyən dairələrin diqqətini çəkə bilər və müxtəlif spekulyasiyalara səbəb ola bilər. Ancaq bir məqamı açıq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır və heç bir qüvvə bu qardaşlığı zəiflədə bilməz”.
Politoloq bildirib ki, əksinə, yaşanan istənilən çətinlik və ya təxribat cəhdi bu ittifaqın daha da güclənməsinə səbəb olacaq:
“Bu münasibətlər təsadüfi deyil, tarixi, mədəni və strateji təmellərə söykənir. Hazırkı mərhələdə isə hadisə ilə bağlı bütün ehtimallar diqqətlə araşdırılmalı, nəticələr tam şəkildə ortaya çıxmadan əvvəl fərziyyələrlə çıxış etməkdən çəkinmək lazımdır. İstintaq yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə də ətraflı və rəsmi məlumat təqdim olunacaq və həmin vaxt bu hadisənin əsl mahiyyəti aydın olacaq”.
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri