Icma.az
close
up
RU
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı

Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün xarici siyasətində Mərkəzi Asiya ölkələri, ö cümlədən qədim tarixi dostluq və əməkdaşlıq əlaqələri olan Türkmənistan və Özbəkistanla münasibətlərə hər zaman xüsusi diqqət yetirilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biri Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək olub. Bununla bağlı son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin region ölkələrinə çoxsaylı rəsmi, dövlət, işgüzar səfərləri, eyni zamanda, region ölkələrin liderlərinin Azərbaycana səfərləri intensiv zarakter alıb.
Ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də bu xalqlar, dövlətlər arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Son illərin iqtisadi göstəricilərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi xeyli artıb.
Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib. Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üçtərəfli sammit keçirilib və sammitin yekunlarına görə Birgə Bəyanat qəbul edilib. Bu Bəyannamə bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Tədbirin sonunda Azərbaycan, Türkmənistan və Özbəkistan respublikalarının rəhbərləri bu üç ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, "Bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır”. Prezident İlham Əliyev bunu tarixi bir gün adlandırıb.
Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin iştirakı isə böyük mənəvi və siyasi dəyərə malikdir. Bu yaxınlarda Qurbanqulu Berdiməhəmmədov Füzulidə olarkən ölkəsinin hədiyyəsi olan məscidin tikintisi ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevə təklif irəli sürmüşdü. Hörmətli Prezidentimiz də bu təklifi minnətdarlıqla qəbul etmişdi. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Ölkə başçımız Zirvə görüşündə çıxışı zamanı bunu türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi və qardaşlığımızın təcəssümü kimi qiymətləndirdi.
Prezident İlham Əliyev həmçinin, çıxışında Şavkat Mirziyoyevlə birgə Füzulidə Özbəkistanın hədiyyəsi olan dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin açılışında iştirak etdiklərini və Xankəndidə yaradılmış tikiş fabrikinin fəaliyyəti ilə tanış olduqlarını vurğuladı. “Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Hesab edirəm ki, bu kimi təşəbbüslər Azərbaycan xalqına göstərilən səmimi dəstəyin nümunəsidir və azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin yanımızda olduğunu bir daha nümayiş etdirir.
Zirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur.
Prezident İlham Əliyevin Türkmənistana səfəri yeni əməkdaşlıq istiqamətləri baxımından olduqca əhatəli keçdi. Görüşlər çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sahələrində tərəfdaşlığın daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri