“Bu, Ukrayna ərazilərinin işğalı siyasətindən geri çəkilməməyi diqtə edir”
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Böyük Britaniya baş nazirinin müşaviri Conatan Pauell hansı səbəbdən Rusiya Prezidentin köməkçisi Yuri Uşakovla telefon danışığına ehtiyac duyub? Bunun bir neçə səbəbi var. Birincisi, Avropa dövlətləri, o cümlədən Böyük Britaniya Ukrayna mövsuzunda ABŞ-Rusiya dialoqunda iştirak etmirlər. Bunu Avropanın beynəlxalq aləmdə statusunun azalması kimi qiymətləndirənlər var”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Tramp administrasiyası Kremllə həm dialoq aparır, həm də gərəkli bildiyi halda Rusiyaya sanksiyalar vasitəsilə təzyiq edir:
“Brüssel və London isə bu alətlərdən yalnız birindən istifadə edirlər. İkincisi, London Rusiyanın işğalçı siyasətini sərt tənqid edərək, Ukraynaya hərtərəfli dəstək versə də, Kremllə hansısa formada dialoqun bərpasına ehtiyac olduğunu düşünüb. Bununla London “dialoqda mən də varam” demək istəyib. Yuri Uşakovla televonla danışan Conatan Pauell təcrübəli diplomatdır. Vaxtilə məhz onun səyi nəticəsində 30 il sürən Şimali İrlandiya problemini həll etmək və terrora son qoymaq mümkün olub. Ancaq Conatan Pauellin rusiyalı diplomatlarla manevr imkanları məhduddur. Çünki, rusiyalı diplomatlar Kreml sahibi Vladimir Putinin təlimatlarına tabedirlər. Bu təlimat isə Ukrayna ərazilərinin işğalı siyasətindən bir addım da geri çəkilməməyi diqtə edir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















