“Ukrayna ərazilərinin güzəşti Rusiyanın qurduğu tələdir” Kallas
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ukrayna ərazilərinin güzəştə gedilməsi barədə tələblər Rusiyanın bizim üçün qurduğu tələdir”.
525.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bütün söhbətlər Ukraynanın nədən imtina etməli olduğu, Ukraynanın hansı güzəştlərə getməyə hazır olduğu barədədir: “Amma biz Rusiyanın bir dənə də olsun güzəştə getmədiyini unuduruq. Əgər biz bu tələyə düşsək, Ukraynaya güzəştə getməyə təzyiq etsək, o zaman bu vəziyyət təkrarlanacaq, çünki aqressiya mükafatlandırılacaq”.
Kallas söyləyib ki, Rusiya prezidenti Vladimir Putin Alyaska sammitindən istədiyi hər şeyi əldə edib: “Onu hörmətlə qarşıladılar, Ağ Ev isə sanksiyalar tətbiq etməyib”.
Aİ rəsmisi Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara da münasibət bildirib. Onun sözlərinə görə, indiki mərhələdə konkret addımlar azdır: “Ən etibarlı təhlükəsizlik zəmanəti isə güclü Ukrayna ordusudur”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















