Icma.az
close
up
RU
“Bu universitet Azərbaycan təhsilində həqiqətən də böyük bir yenilik olacaq” Təhsil eksperti

“Bu universitet Azərbaycan təhsilində həqiqətən də böyük bir yenilik olacaq” Təhsil eksperti

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq. Bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
"Yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq. Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır".
İtaliya-Azərbaycan Universiteti təhsil sistemi üçün hansı əhəmiyyətə malikdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, İtaliya- Azərbaycan universitetindən keyfiyyət və tədrisi yenilik baxımından gözləntilər həddindən artıq böyükdür:
“Çünki bizdə İtaliya Azərbaycan Universitetinə qədər Azərbaycan-Fransa Universiteti nümunəsi, Türkiyə-Azərbaycan Universiteti nümunəsi və hələ fəaliyyətə başlamasa da  Rusiya-Azərbaycan Universiteti nümunəsi var. İtaliya-Azərbaycan universitetinin Azərbaycandakı partnyorlarından  biri ADA Universitetidir.  Həqiqətən də Azərbaycan təhsilində çox nüfuzlu, fərqli bir yanaşması olan ali təhsil müəssisəsi olması bu universitetin hətta adını çəkdiyim digərləri ilə  müqayisədə daha geniş inkişafına səbəb olacaq. Bundan təm əmin ola bilərik”.
Ekspert onu da qeyd edib ki, orada tədris olunan ixtisaslar İtaliya universitetlərində çox yüksək şəkildə tədris olunan, ümumiyyətlə, dünya təhsilində İtaliya təhsilinin brendinə çevrilən ixtisaslardır:
“Bu, qida texnologiyası, qida sənayesi, dizayn, memarlıq, incəsənət və moda istiqamətində olan ixtisaslardır. Yəni, İtaliyada hansısa ixtisaslar ən yüksək səviyyədə tədris olunursa, onlar İtaliya təhsilinin brendinə çevrilibsə, Azərbaycanda da məhz bu ixtisaslar  olacaq. Bunun özü də çox uğurlu bir seçimdir.Biz buna görə çox sevinirik. 2025-ci ilin, yəni bu ilin sentyabrına qədər, növbəti tədris ilinin başlanğıcına qədər  açılmaqda olan universitetdə biz çox maraqlı bir yeniliklər görəcəyik. Bu universitetin tədqiqat mexanizmi ilə yanaşı, praktiki istiqamətdə inkişafı, praktiki istiqamətdə fəaliyyəti bizim üçün çox vacibdir.Buradakı  ixtisaslar praktiki istiqamətdə tədris olunsa, daha çox fayda verə bilərlər. Bizim qarşımızda İtalya-Azərbaycan Universitetinin timsalında tədqiqat ilə praktiki istehsalatı  sintez olan bir müəssisə dayanır. Həmin müəsssisə Azərbaycan təhsilində həqiqətən də böyük bir yenilik olacaq”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri