Icma.az
close
up
RU
Bu universitetdə azərbaycanlı tələbələrin təşkilatı yaradılacaq

Bu universitetdə azərbaycanlı tələbələrin təşkilatı yaradılacaq

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Harvard Universitetində azərbaycanlı tələbələrin təşkilatı yaradılması istiqamətində işlər davam etdirilir.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu bardə Harvard Universitetinin ikinci kurs tələbəsi Qəndab Məmmədova məlumat verib.

Onun sözlərinə görə, təşkilatın məqsədi universitetdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycan mədəniyyəti və tarixinin təbliği, eləcə də Azərbaycandan ABŞ-yə təhsil üçün gələn tələbələrə dəstək göstərmək olacaq: “Harvard Universitetində tələbələr üçün müxtəlif təşkilatlar yaratmaq imkanı mövcuddur. Tələbə müraciət etdikdə universitet həmin müraciətləri nəzərdən keçirir, dəstək verir, hətta müəyyən maliyyə vəsaiti ayırır. Mən gördüm ki, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan gələn tələbələr öz təşkilatlarını yaradıblar və həmvətənlərinə dəstək olurlar. Biz də bu təşəbbüslə Azərbaycandan gələn tələbələrə yardım göstərmək, istedadlı gənclərin ABŞ-nin aparıcı universitetlərinə yolunu açmaq niyyətindəyik”.

O qeyd edib ki, Azərbaycanda istedadlı və savadlı gənclər çoxdur, lakin onlar bəzən Harvard Universitetində təqaüd qazanmağı əlçatmaz hesab edirlər:
“Bu, belə deyil. Sadəcə düzgün istiqamətləndirmə ilə onlar Harvard Universiteti ilə yanaşı, ABŞ-ın digər nüfuzlu ali məktəblərində də təhsil ala bilərlər”.

Q.Məmmədova deyib ki, artıq bir ildir Harvardda təhsil alır və bu müddət ərzində Novruz bayramı şənliyi təşkil ediblər:
“Tədbirdə 250-dən çox müxtəlif xalqlardan olan professor və tələbə iştirak edib. Təkcə Harvarddan deyil, Boston və digər universitetlərdən də qonaqlarımız var idi. İnsanlar Azərbaycan mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaqda maraqlı oldular. Hazırda Harvard Universitetində Azərbaycandan yalnız iki tələbə – Ayla Əliyeva və mən təhsil alırıq. Digər azərbaycanlı kökənli tələbələr isə əsasən burda doğulublar”.

O əlavə edib ki, onlar yaradacaqları təşkilata Azərbaycanla hər hansı əlaqəsi olan bütün tələbələri qoşulmağa dəvət ediblər:
“Biz düşünürük ki, ABŞ-nin digər universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də dəstəyini alacağıq. Çünki təşkilatın yarnaması üçün müəyyən şərtlər var ki, bunlardan biri də üzüvlərin müəyyən sayda olmasıdır. Harvard Universitetində təhsil alan İtaliya, Əfqanıstan, İran, Rusiya, Ukrayna və yerli amerikalı dostlarımız da bizə dəstək verərək bu təşəbbüsə qoşulmaq istəyirlər. Onlar bilirlər ki, Harvardda azərbaycanlı tələbələrin sayı azdır və hər zaman bizə dəstək verməyə hazırdırlar”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri