Bu universitetdə imtahanlarda süni intellekt tətbiq OLUNACAQ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan Texnologiya Universitetində hazırkı imtahan sessiyasından başlayaraq imtahan prosesində süni intellekt əsaslı innovativ həllər tətbiq ediləcək.
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu platforma 2 əsas modul üzrə fəaliyyət göstərir:
Yazılı imtahan modulu pilot layihə olaraq Rəqəmsal texnologiyalar fakültəsinin I kurs tələbələri üçün tətbiq olunur və bu mərhələdə imtahan prosesi auditoriyada rəqəmsal platforma üzərindən aparılacaq. Platforma vasitəsilə bilet əsaslı imtahan cavabların süni intellekt tərəfindən operativ qiymətləndirilməsi və nəticələrin dərhal təqdim olunması nəzərdə tutulur.
Test imtahanı modulu bütün fakültələrin tələbələri üçün əlçatan olan modul onlara istənilən vaxt və istənilən sayda özlərini onlayn sınamaq imkanı verir.
Bu innovativ platforma ATU-nun rəqəmsal transformasiya və innovasiya strategiyası çərçivəsində təhsil prosesində müasir texnoloji həllərin tətbiqinə və imtahan sistemində rəqəmsallaşma istiqamətində keçidin təmin olunmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 01 İyun 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















