Icma.az
close
up
RU
Bu universitetlərdə müəllim çatışmır "250 manata kim işləyər?"

Bu universitetlərdə müəllim çatışmır "250 manata kim işləyər?"

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bu gün Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrində – Azərbaycan Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Avrasiya Universiteti kimi ali təhsil müəssisələrində kütləvi müəllim vakansiyaları elan olunub. Birdən çox fakültə və dekanlıq üzrə kadrların tələb olunması ali məktəblərdə kəskin müəllim çatışmazlığının yaşandığını göstərir.

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər" Cəmiyyətinin sədri İlqar Orucov bu mənzərənin əsas səbəbi kimi müəllim peşəsinə marağın azlığını deyil, aşağı əməkhaqqı fonunda artan akademik tələblər və alternativ sektorların yaratdığı rəqabəti göstərib.

Ekspertin sözlərinə görə, əsas problem gənc və perspektivli mütəxəssislərin maliyyə baxımından qiymətləndirilməməsidir:

"Bir şəxsin universitet müəllimi olması üçün 4 il bakalavr, 2 il magistratura, 3 il doktorantura təhsili alması lazımdır. İllərlə çəkilən zəhmətin, vaxt və maliyyə itkisinin müqabilində təklif olunan 250-400 manatlıq əməkhaqqı gəncləri ali məktəblərdən uzaqlaşdırır.

Magistr dərəcəsinə sahib gənclər elmi dərəcələri olmadığı üçün daha çox yarımştat, saathesabı və ya assistent kimi işə götürülür. Bir çox dövlət universitetlərində saathesabı dərs deyən müəllimə 1 akademik saat üçün cəmi 2.5-5 manat ödənilir. Vergilər çıxıldıqdan sonra bu məbləğ heç minimal yaşayış ehtiyaclarını belə ödəmir".

İlqar Orucov vurğulayıb ki, magistr dərəcəsini bitirmiş savadlı kadrlar universitet əvəzinə özəl sektora və ya orta məktəblərə üstünlük verirlər:

"IT, mühəndislik və iqtisadiyyat sahəsində dili bilən gənc mütəxəssis özəl şirkətlərdə 1500-2500 manat başlanğıc maaşı ilə iş tapır. Universitetdə 1 ay ərzində onlarla qrupa dərs deyib 300 manat qazanan müəllim, fərdi repetitorluq və ya özəl kurslarda həmin məbləği bəzən bir günə qazanır.

Həmçinin son illərdə ümumtəhsil məktəblərində sertifikasiya nəticəsində maaşların əhəmiyyətli dərəcədə artması da magistrların orta məktəblərə yönəlməsinə sabəb olub".

Ekspert ali məktəblərdəki inzibati yükün də gənc kadrlara mane olduğunu qeyd edib:

"Müəllimdən təkcə dərs demək yox, sillabusların yazılması, tyutorluq, elektron jurnalların doldurulması və elmi məqalələrin dərc olunması tələb olunur. Aşağı maaş müqabilindəki bu ağır bürokratik yük insanlarda peşəkar tükənməyə yol açır.

ADA, UNEC və BDU kimi resurslu universitlərdə 1200-1700 manat civarında rəqabətədavamlı maaşlar verilsə də, digər profilli dövlət və region universitetlərində baza maaşları kritik dərəcədə aşağıdır. Universitet müəllimliyi artıq əsas gəlir yeri statusunu itirib, gənclər bura yalnız prestij və ya təcrübə üçün qısamüddətlik gəlirlər".

İlqar Orucov problemin həlli üçün müəyyən təkliflər də irəli sürüb. O bildirib ki, ilk növbədə universitetlərin maliyyə müstəqilliyi gücləndirilməlidir. Təhsil haqlarından gələn gəlirlər təmirlərə, bina tikintisinə deyil, birbaşa müəllim maaşlarının artırılmasına yönəlməlidir:

"Sənayedən peşəkar kadrları cəlb etmək üçün saathesabı ödəniş dərəcələri ən azı 3-4 dəfə artırılmalı, akademik heyət üzərindəki bürokratiya azaldılmalıdır. Bizim universitetlərimizin daxili keyfiyyəti, laboratoriya şəraiti, kitabxana sistemi və dual təhsil imkanları da zahiri görkəmi kimi yenilənməlidir", - deyə ekspert fikrini yekunlaşdırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyul 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri