Icma.az
close
up
RU
Bu universitetlərdə yoxlamalar zərurətə çevrilib ADLAR

Bu universitetlərdə yoxlamalar zərurətə çevrilib ADLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda ali təhsil faktiki olaraq ödənişli sistem üzərində qurulub: təhsil haqqı ya birbaşa tələbə tərəfindən, ya da dövlət sifarişi çərçivəsində büdcə vəsaiti hesabına ödənilir və bu vəsait müəllim heyətinin maaşlarının formalaşmasına, eləcə də universitetlərin inzibati və texniki xərclərinin qarşılanmasına yönəldilir. 

Lakin praktikada ziddiyyətli mənzərə yaranır. Son illər ali məktəblərdə illik təhsil haqlarının mərhələli şəkildə artmasına baxmayaraq, bir çox universitet auditoriyalarında ən elementar texniki vasitələrin - işlək proyektorların, müasir təqdimat imkanlarının çatışmazlığı qalmaqdadır.

Kafedralarda isə kompüter təminatı ya köhnə avadanlıqlara söykənir, ya da ümumiyyətlə sistemli şəkildə qurulmayıb. Nəticədə, toplanan maliyyə resursları ilə tədris mühitinin real vəziyyəti arasında uyğunsuzluq müşahidə olunur ki, bu da ali təhsildə idarəetmə, prioritetlərin müəyyənləşdirilməsi və şəffaflıq məsələlərini gündəmə gətirir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, ildən-ilə bəzi universitetlərdə təhsil haqlarının artdığını müşahidə edilsə də bu artım müqabilində infrastrukturun, laboratoriya və texniki imkanların yaxşılaşdırılmadığını da görürünür:
“Bu gün elə universitetlər var ki, onların korpusları və auditoriyaları orta məktəbdən demək olar ki, fərqlənmir. Mən demirəm ki, universitet binası mütləq möhtəşəm olmalıdır. Amma universitetin özünəməxsus görkəmi, auditoriyalarının funksional fərqliliyi olmalıdır. 
Son illər dotasiya imkanları hesabına bəzi problemlər həll olunub. Uzun illər universitetlərə büdcədən vəsait ayrılıb və müəyyən infrastruktur qurulub. Amma yenə də qeyd etməliyik ki, universitetlərin əsas xərcləri ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqları hesabına ödənilir. Bu vəsaitlə həm işçilərin əməkhaqqıları, həm kommunal xərclər, həm də digər xərclər qarşılanır”.

Onun sözlərinə görə, bu gün bəzi rektorlar açıq şəkildə bildirirlər ki, illik təhsil haqları xərcləri tam ödəmir. Digər tərəfdən valideynlər narazıdırlar ki, universitetlərin tələb etdiyi məbləğ göstərilən təhsil səviyyəsi ilə uyğun gəlmir. Bu sahədə pərdəarxası məqamlar çoxdur, məsələn, dövlət sifarişi ilə oxuyan tələbənin təhsilinə il ərzində neçə manata başa gəlir? Bunu dəqiq hesablamaq lazımdır.

“Kafedralarda kompüter avadanlıqları, texniki şərait, proyektorlar, müasir laboratoriyaların təchiz olunması o halda baş verə bilər ki, universitetin gəlirlərini özheabına qarşılana bilsin. 

Universitetlər əlavə gəlir əldə etmək, özlərini dolandırmaq üçün demək olar ki, heç nə etmirlər. Dünyada elə universitetlər var ki, illik büdcələri milyonlarla ölçülür”. 

“Elm heç bir gəlir gətirmirsə, biz onun inkişafından necə danışa bilərik? Demək olar ki, hər universitet “startap”dan danışır, amma ortada bazara yönəlmiş, gəlir gətirən bir layihə yoxdur. Humanitar profilli universitetlər, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitet, Bakı Slavyan Universiteti, Azərbaycam Dillər Universiteti üçün bu daha çətindir. Amma mühəndislik və IT profilli universitetlər niyə illərlə yerində sayır? Niyə bu universitetlər, məsələn, illik bir manat belə qazanc gətirmir? Axırda da proyektorun alınması belə tələbənin təhsil haqqından asılı olur?

Gəlin, dünya universitetlərinin “Top 500” lüyündən yox, 500-1000 aralığında olan universitetlərin təcrübəsinə baxaq. Qardaş Türkiyə nümunəsində də universitetlər təkcə dövlətin vəsaiti ilə və ya tələbənin təhsil haqqı ilə yaşamır. Bazar əlaqələrini düzgün qururlar və bu sayədə özlərini inkişaf etdirirlər.

Elmin əsas funksiyası innovasiya, sənaye və bazar münasibətləri ilə əlaqələndirilərək inkişaf etdirilməsidir. Məsələn, Bakı Dövlət Universitetinin kimya fakültəsi bu günə qədər nə edib? Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ixtisasları hansı real bazar layihələri ilə çıxış edib? Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti hansı elmi təşəbbüslərlə yadda qalıb? Bu suallar açıq qalır” – deyə o sonda bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri