Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

“Amnistiya aktının qəbulu zərurətə çevrilib” Qüdrət Həsənquliyev

“Amnistiya aktının qəbulu zərurətə çevrilib” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, artıq il ərzində neçənci dəfədir ki, ƏHD partiyası amnistiya aktının qəbul edilməsinin vacibliyi barədə məsələ qaldırır, bu hansı zərurətdən irəli gəlir?

- Bu il biz ərazi bütövlüyümüzün bərpa olunmasının 5-ci ildönümünü qeyd edirik. Bu tarixi qələbənin ildönümü münasibətilə böyük amnistiya elan olunması xalqımız tərəfindən məmnuniyyətlə qəbul olunardı. Amnistiya aktı cəmiyyətimizdə humanizmi və milli birliyimizi gücləndirərdi. Bunu zəruri edən başqa faktorlar da var. Cəmiyyətimizdə hiss olunan sərtlik və aqressiya hakimlərə də sirayət edir. 2024-cü ildə 15885 şəxs məhkum edilibsə, onun 9226-sı barəsində azadlıqdan mərhumetmə ilə əlaqədar cəza təyin olunub. Hakimlər alternativ cəza növlərinin tətbiqinə üstünlük vermirlər. Cinayət Məcəllsənin 76-cı Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, 77-ci Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, 78-ci Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə kimi normaları təcrübədə çox az hallarda tətbiq olunur. Məhbusların sayına görə Avropada hər 100 min nəfərə düşən median göstərici təqribən 105 nəfərdisə, bizdə bu rəqəm 264-dür. Məsələn, Almaniyada 74, Norveçdə, Finlandiyada, Niderlandda 54 nəfərdir. Bizdə cəzaçəkmə müəssilərində sıxlıq 102.8 faizdirsə, Almaniyada 80 faizdir. Onu da nəzərə almalıyıq ki, il ərzində bir məhbusun saxlanması ölkəmizdə 7500 manata başa gəlir. Bütün bunlara görə amnistiya aktının aktının qəbulu zərurətə çevrilib.

- Amnistiya aktı ilin sonuna qədər qəbul oluna bilərmi?

- Çox az zaman qalıb, amma iqtidar istəsə bu mümkündür. Köhnə layihələr durur. Onlar üzərində kiçik bir iş aparmaq kifayətdir. Ümumiyyətlə, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Həmin qanunla ABŞ-də olduğu kimi Prezidentə nəinki məhkum olunmuş şəxsləri, istintaq altında olan, yaxud gələcəkdə cinayət təqibinə məruz qalma ehtimalı olan şəxsləri belə əfv etmək hüququ nəzərdə tutulmalı, əfv olunanların sayına məhdudiyyət qoyulmalıdır.

- Amnistiya aktı həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxslərə də şamil oluna bilərmi?

- Çox istərdim ki, olsun. Xüsusilə, qadınlara münasibətdə tətbiq olunsun. Bu birliyimizi gücləndirər, ölkəmizin beynəlxalq nüfuzunu artırardı. Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların arqumentlərini də əllərindən alardı. Onların çoxu cəzalarının bir hissəsini çəkib və ümid edirəm əksəriyyəti azadlığa çıxarlarsa həyatlarını başqa cür qurarlar. Əgər ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri amnistiya aktına daxil etmək mümükün deyilsə, o zaman prezident onları əfv edə bilər.

- Qüdrət bəy, xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına dəyişikliklər edilməsinin vacibliyini vurğulamısınız. Bir az geniş izahat verərdinizmi?

- Xuliqanlıq-cinayət əməli yox, insanı cinayətə təhrik edən daxili inam, motivdir. Ona görə 221-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı, ictimai qaydanı cəmiyyətə açıq formada hörmətsizlik ifadə edən kobud formada pozma inzibati xəta kimi qanunvericilikdə nəzərdə tutlmalı və həmin şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Əgər xuliqanlıq motivi ilə ictimai qayda pozulan zaman əmlaka ziyan vurularsa, şəxsiyyət əleyhinə hər hansı cinayət törədilərsə, buna görə Cinayət Məcəlləsində xüsusi normalar var.
Cinayətkarlığa qarşı mübarizədə cəzanın sərtliyi deyil, onun labüdlüyü daha böyük çəkindirici gücə malikdir.
Cinayət Məcəlləsinin 61-ci maddəsində cinayətin alçaq niyyətlərlərə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin maddəyə xuliqanlıq motivi ilə cinayətin törədilməsi cəzanı ağırlaşdıran hal kimi daxil edilə bilər.
2024-cü ildə 7245 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunub. Bu olduqca böyük rəqəmdir. Ona görə Cinayət Məcəlləsindən 234-cü maddənin 1-ci hissəsi – “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri “xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”- çıxarılmalıdır. Bu maddənin dispozisiyana yenidən baxılmalı, yalnız narkotik maddəni satan, satış məqsədilə daşıyan, istehsal edən və ya yayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Narkotik vasitə şəxsi istehlak üçündürsə buna görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. Narkomanlar üstlərində analitik tərəzi gəzdirməyəcəklər ki, şəxsi istehlak miqdarında narkotik vasitə alsınlar.
Realist olmaq lazımdır. Narkoman olmaq cinayət deyil, xəstəlikdir. Onları həbsxanaya doldurmaq yox, müalicə mərkəzlərinə yerləşdirmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri