Icma.az
close
up
RU
Bu uşaq məktəbə getmirdi? Deputatdan ETİRAZ

Bu uşaq məktəbə getmirdi? Deputatdan ETİRAZ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ucar rayonunda 15 yaşlı yeniyetmənin övlad dünyaya gətirməsi həyəcan təbilidir. 2011-ci il təvəllüdlü qız uşağının, özünun qayğıya ehtiyacı olan körpənin ana olması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. Uşağın gələcəyinin, uşaqlığının əlindən alınması faciədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirdi.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi uşaqların hüquqlarını qəti şəkildə qoruyur:

"Sözügedən qanunları pozanlar ən ağır şəkildə cəzalandırılmalıdırlar. Daxili İşlər Nazirliyi tərəfindən cinayət işinin açılmasını təqdir edirəm. Bu cinayətin arxasında duran hər bir kəs, cinayəti törədənlər, məsuliyyət daşıyan valideynlər qanun qarşısında cavab verəcəklər. ​Biz hara baxırıq? Bu uşaq məktəbə getmirdi? Ailəni tanıyanlar niyə susub? Bir uşağın 7-8 aylıq hamiləliyi necə ola bilər ki, diqqətdən yayınsın? Bu hadisə onu göstərir ki, bəzi bölgələrimizdə hələ də orta əsr təfəkkürü ilə yaşayan, qız uşaqlarını təhsildən yayındırıb evləndirməyi çıxış yolu görənlər mövcuddur".

Millət vəkili əlavə etdi ki, güclü qadın güclü cəmiyyət deməkdir.

"Qız uşağını 15 yaşında ana olmağa məhkum etmək sağlam cəmiyyətin təməlinə balta vurmaqdır. Qeyri Hökumət Təşkilatlarını və ictimai fəalları bu cür hallara qarşı sıfır tolerantlıq nümayiş etdirməyə səsləyirəm. Uşaqlarımızın cəhalətin və cinayətin qurbanına çevrilməyinə imkan verməməliyik.

​15 yaşlı uşağın əlindən alınan təkcə oyuncaqları deyil, onun təhsilidir, xoşbəxtliyidir, psixologiyasının və hüquqlarının pozulmasıdır", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri