Icma.az
close
up
RU
Bu, uşaqlara mane olur, motivasiyalarını azaldır... Ekspert ETİRAZ ETDİ

Bu, uşaqlara mane olur, motivasiyalarını azaldır... Ekspert ETİRAZ ETDİ

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlarda xarici dil fənnindən esse yazılmasının tətbiqi bir çox abituriyentdə narahatlıq yaradıb.

Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, IX sinif buraxılış imtahanında xarici dil fənnindən esse yazmağın tətbiqi, ilk baxışdan, şagirdlərin yazılı ifadə bacarıqlarını inkişaf etdirmək üçün müsbət bir addım kimi görünsə də, bu qərar şagirdlərin biliyini yoxlamaq üçün ədalətli deyil.

Onun sözlərinə görə, imtahan formatının kompleksliyi, xüsusilə 9-cu sinif şagirdlərinin yaş xüsusiyyətləri və psixoloji hazırlıq səviyyəsi nəzərə alındıqda, bu yanaşmanın nə qədər effektiv olduğu şübhə doğurur:

“Azyaşlı şagirdlərin bir buraxılış imtahanında dinləmə suallarını cavablandırması, müxtəlif açıq və qapalı test tapşırıqlarını yerinə yetirməsi və sonda esse yazması onların biliyini yoxlamaqdan çox, artıq yükləmə effekti yaradır. Psixoloji tədqiqatlar göstərir ki, 15 yaşlı şagirdlərin konsentrasiya qabiliyyəti orta hesabla 40-45 dəqiqə ərzində yüksək olur. Ancaq bu imtahan formatı şagirdlərin konsentrasiya limitlərini aşır və onların bacarıqlarını tam şəkildə nümayiş etdirməsinə mane olur. Bu, onların təhsilə qarşı motivasiyasını da azaldır”.

Ekspert qeyd edib ki, dünya təcrübəsinə baxdıqda, müxtəlif ölkələrdə yazılı ifadə bacarıqlarının yoxlanılmasına fərqli yanaşmalar tətbiq olunur:

“Məsələn, Finlandiyada 9-cu sinif səviyyəsində xarici dil fənnindən yazılı ifadə yoxlanılarkən şagirdlərə daha çox sərbəstlik verilir. Şəkil əsasında esse yazmaq əvəzinə, onlara gündəlik həyatdan mövzular təqdim edilir və mətnlərin qiymətləndirilməsi şagirdlərin yaradıcı yanaşması üzərində qurulur. Həmçinin Finlandiya təhsil sistemi yazılı tapşırıqları uzunmüddətli layihə və ya ev tapşırığı formatında həyata keçirir ki, bu da şagirdlərə daha çox vaxt və az streslə özlərini ifadə etmək imkanı verir.Digər tərəfdən, İngiltərədə GCSE imtahanlarında (General Certificate of Secondary Education) xarici dil fənnində yazılı ifadə bacarıqları da qiymətləndirilir, lakin bu proses məhdud vaxtda çox tapşırıq yerinə yetirmək tələb etməyən bir formatda təşkil olunur. Şagirdlərdən yalnız bir mövzu əsasında yazı yazmaq tələb olunur, dinləmə və oxuma tapşırıqları isə ayrı-ayrı sessiyalarda həyata keçirilir. Bu yanaşma şagirdlərə hər bir tapşırığa diqqət ayırmaq üçün kifayət qədər vaxt verir”.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda buraxılış imtahanlarının bu formatı bir çox nöqsanları üzə çıxarır:

“Ən böyük problemlərdən biri yazılı işlərin qiymətləndirilməsindəki subyektivlikdir. Hər il yazı işlərinin yoxlanılmasında buraxılan səhvlər və nöqsanlar, nəticələrin gec açıqlanmasına və şagirdlərin haqsız qiymətləndirilməsinə səbəb olur. Məsələn, Dövlət İmtahan Mərkəzinin illik hesabatlarına əsasən, yazılı tapşırıqların qiymətləndirilməsində hər il 10%-ə qədər şikayət qeydə alınır. Bu, qiymətləndirmə prosesində obyektivliyin təmin edilmədiyini və belə bir sistemin ədalətli olmadığını göstərir. Eyni zamanda, bu qədər çox tapşırığın yer aldığı imtahanlar nəticələrin gec açıqlanmasına səbəb olur, bu da həm şagirdlər, həm də valideynlər arasında narahatlıq yaradır.

Şagirdlərin biliyini və bacarıqlarını qiymətləndirmək üçün alternativ metodların tətbiqi daha məqsədəuyğun olardı. Məsələn, yazılı ifadə bacarıqlarını yoxlamaq üçün esse yazmaq əvəzinə, şagirdlərə mövzular əsasında qısa cavab tapşırıqları və ya dialoqlara əsaslanan tapşırıqlar təqdim edilə bilər. Bundan əlavə, yazı tapşırıqlarını imtahan formatı əvəzinə, uzunmüddətli layihə və ya təqdimat formatında həyata keçirmək daha məqsədəuyğun olar. Bu yanaşma şagirdlərin yaradıcılığını və düşünmə qabiliyyətini daha yaxşı nümayiş etdirməsinə imkan verərdi”.


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri