Icma.az
close
up
RU
Ekspert metodistlərin direktor müavini təyin edilməsinə ETİRAZ ETDİ

Ekspert metodistlərin direktor müavini təyin edilməsinə ETİRAZ ETDİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Təhsil sistemində işə qəbul prosedurlarının şəffaf və qanuni qaydada həyata keçirilməsi, islahatların davamlılığı və təhsil müəssisələrinin idarə edilməsində ədalət prinsipinin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Direktor və direktor müavini vəzifələrinə təyinatın müsabiqə əsasında həyata keçirilməsi Azərbaycan təhsilində son illərin ən müsbət dəyişikliklərindən biridir. Bu, yalnız peşəkar kadrların vəzifəyə gətirilməsini təmin etməklə yanaşı, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəlməsinə də xidmət edir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

Onun fikrincə bəzi Regional Təhsil İdarələrinin ləğv edilən metodistləri heç bir müsabiqə olmadan orta məktəblərdə direktor müavini vəzifələrinə təyin etməsi ciddi qanun pozuntusudur və qəbulolunmazdır.

Ekspert əlavə edir ki, bu cür təyinatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə 16 və 77), işə qəbul prosesində bərabərlik və şəffaflıq təmin edilməlidir. Həmçinin, “Dövlət ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin və rəhbər vəzifəli şəxslərinin işə qəbul və iş yerinin dəyişdirilməsi qaydaları” haqqında Nazirlər Kabinetinin qərarında direktor və direktor müavini vəzifələrinə təyinat üçün müsabiqə proseduru nəzərdə tutulur. Bu qərara əsasən:

• Direktor və direktor müavinləri yalnız təsdiq olunmuş qaydalara uyğun olaraq müsabiqə yolu ilə işə qəbul edilməlidir.

• Vəzifəyə təyin olunma üçün müəyyən edilmiş kvalifikasiyalara və tələblərə cavab vermək mütləqdir.

Bu qanuni tələbləri nəzərə almadan, birbaşa təyinatlarla həyata keçirilən addımlar yalnız qanun pozuntusu deyil, həm də təhsildə idarəetmənin keyfiyyətinə mənfi təsir göstərə bilər. Belə hallarda ləğv olunan metodistlərin mövcud əmək haqqı problemlərinin həlli üçün alternativ həll yolları tapılmalı, lakin mövcud qaydalar pozulmamalıdır.

Bu məsələnin həlli üçün aşağıdakı tədbirlərin görülməsi zəruridir:

1. Regional Təhsil İdarələrinin nəzarətə götürülməsi: Qanunsuz təyinatlarla bağlı ciddi araşdırmalar aparılmalı, bu hallara yol verən şəxslər məsuliyyətə cəlb edilməlidir.

2. Metodistlərin problemlərinin həlli: Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə maddi stimullar və ya alternativ iş yerləri təmin edilməlidir.

3. Müsabiqə qaydalarının tətbiqinə nəzarət: Direktor və direktor müavinləri vəzifələrinə təyinatların yalnız müsabiqə yolu ilə həyata keçirilməsi təmin olunmalıdır.

Qanunları bilməmək onların pozulmasına haqq qazandırmır. Təhsil sahəsində hüququn üstünlüyünü təmin etmək, mövcud islahatları davam etdirmək və təhsil idarəçiliyində şəffaflıq prinsiplərinə əməl etmək ən vacib hədəf olmalıdır” -deyə K.Əsədov bildirib.

K.Əsədovun sözlərinə görə, qanun pozuntularına qarşı susmaq təhsildəki uğurları kölgə altına salmaq deməkdir: “Bu istiqamətdə həm cəmiyyət, həm də aidiyyəti qurumlar daha aktiv olmalıdır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri