Icma.az
close
up
RU
“Bu, vəhşilikdir, bütün bir xalqın ləyaqətinə toxunmaqdır!” KOMİTƏ SƏDRİ

“Bu, vəhşilikdir, bütün bir xalqın ləyaqətinə toxunmaqdır!” KOMİTƏ SƏDRİ

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son günlər Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən qeyri-qanuni, qəddar və alçaldıcı davranışlar, hamı kimi, məni də dərindən sarsıtdı və qəzəbləndirdi. Bu hadisələr təkcə hüququn pozulması deyil, həm də mənsub olduğum millətə qarşı açıq-aşkar hörmətsizlik, insan ləyaqətinə zidd olan vəhşilik nümunəsidir”.

“AzPolitika” xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov son günlər Rusiyada azərbaycanılara qarşı artan təzyiqlərlə bağlı danışarkən dilə gətirib.

O, bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının Yekaterinburqda öldürülməsi, digər azərbaycanlıların isə döyülməsi, işgəncə görməsi, ailələrinin qorxu içində saxlanması – bunlar “cinayətkarla mübarizə” adı altında gizlədilən etnik ayrı-seçkilikdir. “Daha dəhşətlisi odur ki, Rusiya tərəfinin bəzi rəsmiləri bu hadisəni sadə bir “əməliyyat” kimi qələmə verir, yaxud da heç bir izah vermədən susmağa üstünlük verirlər. Bu isə açıq şəkildə vəziyyətə müdafiəkar və məsuliyyətsiz yanaşmadır. Bəzi rusiyalı rəsmilər – guya hüquqi dövlət təmsilçiləri – bu hadisələri “təhlükəsizliyin təminatı” kimi təqdim edir, sanki azərbaycanlı olmaq artıq təhlükədir. Bu hansı məntiqə sığır? Hüququn aliliyi adı altında bir xalqı hədəfə almaq, onun fərdlərinə qarşı zorakılıq tətbiq etmək hansı müasir dövlətdə qəbul edilə bilər? Mən Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə nümayiş etdirdiyi selektiv və vəhşi davranışları qətiyyətlə pisləyirəm. Bu, nə dostluğa, nə qonşuluğa, nə də beynəlxalq norma və konvensiyalara uyğundur”.

S.Qurbanov qeyd edib ki, onu daha çox qəzəbləndirən hadisənin ardınca gələn açıqlamalar və ikili standartdır. “Əgər bu cür zorakılıq hansısa başqa xalqın nümayəndələrinə qarşı baş versəydi, çox güman ki, Rusiya ictimaiyyəti və beynəlxalq KİV ayağa qalxardı. Amma bu gün azərbaycanlılara qarşı edilən vəhşiliklərə qarşı ya səssizlik var, ya da hadisə “fərdi hal” kimi təqdim edilir. Halbuki, bu, sistemli və təhlükəli bir tendensiyanın göstəricisidir. Mən bir azərbaycanlı kimi qürur duyuram ki, mənim dövlətim – Azərbaycan və onun rəhbərliyi vətəndaşlarını, harada yaşamasından asılı olmayaraq, müdafiə edir. Xarici İşlər Nazirliyimizin dərhal reaksiya verməsi, dövlət qurumlarımızın lazımi diplomatik addımları atması məni bir qədər olsun rahatlatdı.

Amma mənim üçün əsas məsələ – xalqımızın bu məsələyə biganə qalmamasıdır. Bu, təkcə Yekaterinburqda yaşayan bir neçə azərbaycanlının problemi deyil. Bu, bütün bir xalqın ləyaqətinə toxunulmasıdır. Və bu toxunuşa susmaq – sabah özümüzə qarşı ediləcək haqsızlığa qapı açmaqdır”.

“Bu hadisələr fonunda biz bir daha sübut etdik ki, azərbaycanlı olaraq harada yaşamağımızdan asılı olmayaraq, bir yumruq kimi birləşməliyik. Təxribatlara uymamalı, emosional deyil, ağıllı və milli maraqlara söykənən davranış ortaya qoymalıyıq. Və hər şeydən önəmlisi Prezidentimizin ətrafında sıx dayanmalıyıq. Çünki bu gün bir xalqın mübarizəsini yalnız ordu deyil, həm də milli həmrəylik və dövlətə inam qazanır”, - komitə sədri fikrini yekunlaşdırıb.

“AzPolitika”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri