Bütün gözləntilərin reallaşdırılması qeyrimümkündür Komitə sədri
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
“2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyi müəyyən edilib”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda deyib.
Komitə sədri bildirib ki, deputatlar büdcə zərfinin birinci oxunuşunda çoxsaylı çıxışlar edib, təkliflər irəli sürüb, layihəni konseptual olaraq dəstəkləyiblər.
"Bu, büdcə müzakirələrinin parlament formatına xas olmaqla təbii qiymətləndirilir. Lakin etiraf etmək lazımdır ki, bütün gözləntilərin gələn il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması qeyri-mümkündür. Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır, davamlı, uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də təmilləşməyə məruz qalır. Bu illər ərzində belə bir təkmilləşmə üçün uzun bir yol qət edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















