Icma.az
close
up
RU
Bu vitamin sayəsində yuxuları uzun müddət yadda saxlamaq mümkündür

Bu vitamin sayəsində yuxuları uzun müddət yadda saxlamaq mümkündür

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Avstraliyanın Adelaida Universiteti alimlərinin apardıqları tədqiqatın nəticələri "Perceptual and Motor Skills" jurnalında dərc edilib.

Alimlər ölkənin müxtəlif regionlarından olan 100 nəfərin iştirakı ilə eksperiment keçiriblər. İştirakçılar beş gün ərzində yatağa girməzdən əvvəl içərisində 240 milliqram B6 vitamini olan kapsul və ya plasebo qəbul ediblər. Bu zaman nə alimlər, nə də iştirakçılar kimin nə qəbul etdiyini bilməyiblər.

Modern.az xəbər verir ki, əlavələr qəbul edən iştirakçıların sözlərinə görə, onlar gördükləri yuxuları adətən yadda saxlaya bilmirdilər. Lakin eksperimentin sonunda vəziyyət qəti surətdə dəyişib.

Tədqiqatın müəlliflərindən biri olan Denholm Espinin sözlərinə görə, vitamin iştirakçıların yuxusunu daha parlaq, həqiqətəuyğun və ya qeyri-adi etmir, onların yuxusunun digər aspektlərinə təsir göstərmir. Vitamin sadəcə olaraq, yuxuları daha yaddaqalan edib. Lakin plasebo qəbul edənlər ertəsi günü pis yatmalarından və ayılandan sonra özlərini yorğun hiss etmələrindən şikayətləniblər.

D.Espi deyir: "İnsan orta hesabla ömrünün 6 ilini yuxuda keçirir. Əgər biz yuxularımızın başa düşülməsinə təsir göstərə bilsək, yuxuda olduğumuz vaxtdan daha səmərəli istifadə edə bilərik. Dərk edilən yuxugörmə zamanı, sizə elə gəlir ki, yatmısınız, lakin yuxu davam edir. Bu, qorxulu yuxuları aradan qaldırmağa, fobiyanı sağaltmağa, problemləri kreativ həll etməyə, hətta fiziki zədələrdən sonra bərpaya kömək edə bilər. Yuxuları dərk etməkdən ötrü, ilk növbədə, onları müntəzəm olaraq yadda saxlamağı öyrənmək vacibdir. Tədqiqatlar göstərir ki, məqsədəçatma vasitələrindən biri B6 vitaminidir".

Yuxuların yadda qalmasına təsir edən biomexanizmlərin B6 vitamininin tərkibində olması hələ ki, məlum deyil. B6 vitamini ilə (piridoksin) kəpəkli dənli ərzaqlar, paxlalar, banan, avokado, ispanaq, kartof, süd, pendir, yumurta, mal əti, qaraciyər, balıq zəngindir. Espinin sözlərinə görə, o, həmkarları ilə ərzaq məhsullarındakı B6 vitamininin yuxuların yadda saxlanılmasına təsir etməsini aydınlaşdırmağı planlaşdırır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri