Icma.az
close
up
RU
Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdır!

Bu xəstəlik uşaqlarda əqli geriliyə səbəb olur. Müalicə vaxtında başlamalıdır!

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qalxanabənzər (tiroid) vəzin funksiyasının tam və ya hissəvi çatışmazlığı nəticəsində meydana çıxan xəstəliyə hipotireoz deyilir.

Onun əmələgəlmə səbəbləri tiroid vəzinin autoimmun xəstəlikləri, vəzin kəskin və ya yarımkəskin iltihabı prosesləri, vəzin funksiyasını azaldan bəzi dərmanların qəbulu, hər hansı bir səbəbə görə vəzdə aparılmış əməliyyatlar, beyin əsasında yerləşən hipofiz vəzinin bəzi xəstəlikləri ola bilər. Xəstəliyin etiologiyasında irsi faktorlar da istisna edilmir.

Həkim-endokrinoloq Gülay Məmmədova bu xəstəlik barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Hipofizdən sintez olunan TSH hormonu tiroid vəzinin funksiyasına - hormon sintezinə nəzarət edir. Buna görə, adətən, tiroid vəzinin lazımi qədər işləyib-işləmədiyini bilmək üçün qandan TSH hormon səviyyələri yoxlanılır. Belə ki, TSH hormonunun yüksəkliyi vəzin fəaliyyətinin azaldığını göstərir”.

Bir çox xəstəliklərlə ümumi zəiflik, halsızlıq, tezyorulma kimi ortaq əlamətləri olan hipotireozun orqanizmə vurduğu ziyan barədə məlumat verən həkim-endokrinoloq deyib: “Ürəyin “motor” funksiyasında və vurğusunda azalma, ürəkətrafı kisəyə maye toplanması baş verə bilər.

Xəstəlik, həmçinin mədə-bağırsaq sorulmasına təsir göstərib B qrupu vitaminlərinin və dəmirin sorulmasını pozaraq qan azlığına - anemiyaya səbəb olur.

Kişilərdə spermatozoidlərin aktivliyinə, qadınlarda isə yumurtalığın funksiyalarına təsir edərək sonsuzluğa səbəb olması da mümkündür.

Bundan başqa böyrəklərin bədəndəki artıq mayeni atmasına mənfi təsir göstərərək ödemlərin əmələ gəlməsinə, beyin funksiyalarına təsir edərək yaddaş və yuxu pozğunluğuna, depressiyaya səbəb olur.

Uşaq və yeniyetmələrdə tiroid vəzinin çatışmazlığı cinsi və boy inkişafının pozulmasına aparıb çıxarır. Uşaqlarda müalicə olunmayan hipotireoz bərpa oluna bilməyən əqli geriliyə səbəb ola bilər”.

Uşaqlarda anadangəlmə hipotireozun əlamətləri:yenidoğulmuşlarda sarılığın uzun müddət ərzində keçməməsi, körpənin dərisinin həddindən çox quru olması, dəri və selikli qişaların göyümtül olması, səbəbsiz ağır qəbizlik.  

Həkimin dediyinə görə, hipoterioz vaxtında aşkar edilib düzgün müalicə olunarsa, xəstəliyin proqnozu müsbət olur. Həmin xəstələr bütün ömrü boyu tireoid hormonları ilə müalicə almalıdır. Həb şəklində olan dərmanlar yalnız həkim nəzarəti altında qəbul edilməli və miqdarı tənzimlənməlidir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri