Icma.az
close
up
RU
Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur

Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Yenidoğulmuşlar üzərində aparılan ilk müayinə zamanı bəzi hallarda uşağın ayaq büküklərin assimetriya, birinin digərinə nisbətən bir qədər qısa olması, budların yanlara doğru kifayət qədər açılmaması, pəncənin bayıra tərəf meyillənməsi həkimin diqqətini çəkir.

Bunlar bud–çanaq oynağının displaziyası və ya çıxıqların əlamətləri ola bilər.

Azertag.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının USM həkimi Mətanət Musayeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: “Bu, sümük-əzələ sistemi xəstəliyidir. Bud-çanaq oynağı sümük-əzələ sistemi xəstəliyidir. Bu xəstəlik özünü oynağı əmələ gətirən bud başı və qalça yuvası arasındakı normal əlaqənin pozulması və oynağın inkişaf etməməsi şəklində büruzə verir. Belə ki, bud sümüyü başının inkişafı zəifləyir və nəticədə o, düzgün yerləşmir. Müvafiq olaraq da əzələlərin uzanması, böyüməsi və inkişafı geriləyir. Xəstəlik zamanında aşkar edilib, müalicə olunmadıqda uşaq adətən gec gəzməyə başlayır və ya gəzdikdə yeriməsində pozuntular yaranır. Bu isə öz növbəsində onurğanın fizioloji əyriliklərinin düzgün inkişaf etməməsinə səbəb olur. Nəticədə skolioz meydana çıxır. Bud-çanaq oynağının çıxıq və displaziyasının səbəbləri hələ tam məlum deyil. Bunun səbəbi doğuşun düzgün aparılmaması ilə əlaqələndirilir. Lakin burada genetika, doğuşda sağrı gəlişi, dölün çəkisinin çox olması, anada hamiləlik zamanı yaranan hormonal dəyişikliklər və ya ginekoloji xəstəliklər kimi problemlər də rol oynaya bilər. Statiskaya görə, bu xəstəliyə qız uşaqları arasında daha çox rast gəlinir. Xüsusilə ölkəmizin cənub bölgəsində xəstəliyə oğlanlara nisbətən qızlarda 6 dəfə daha çox rast gəlinir.

Müayinə zamanı uşaqda patologiya aşkar olunduqda pediatr diaqnozun təsdiqlənməsi üçün onu rentgen və USM müayinəsinə yönləndirməlidir. Risk qrupuna daxil olan uşaqların isə ortoped müayinəsindən keçmələri mütləqdir. Valideynlərin bu zaman daha diqqətli olmalıdılar. Uşağın 3 həftəlikdə 6 aylığına qədər olan yaş dövründə ultrasəs müayinəsi ilə bud-çanaq çıxıqlarını müəyyənləşdirmək mümkündür. Altı aydan sonra sümüyün formalaşması səbəbindən bu üsulla diaqnoz qoymaq çətinləşir, digər müayinələrə müraciət edilir. Bu müayinə əsasən yeməkdən təxminən 40 dəqiqə sonra olunur. Bir yaşdan sonra artıq sümükləşmə gedir ki, bu zaman da yalnız bud-çanaq oynağında rentgenoloji müayinə üsulundan istifadə olunur.

Onu da qeyd edim ki, vaxtında aşkar edilib müalicə olunmadığı hallarda, çıxıq gələcəkdə tam əlilliyə səbəb ola bilər”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri