Icma.az
close
up
RU
Bu xəstəlikləri olanlar skuter sürməsin Həkimdən ciddi xəbərdarlıq

Bu xəstəlikləri olanlar skuter sürməsin Həkimdən ciddi xəbərdarlıq

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Elektrikli skuterlər bir çox insanlar üçün rahat nəqliyyat vasitəsi olsa da, sağlamlıq problemləri olan şəxslərə ciddi təhlükə yarada bilər.

Moderator.az xəbər verir ki, bu barədə nevroloq və psixiatr Tatyana Vinoqradova “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, elektrikli skuter sürmək üçün mütləq qadağa olmasa da, elə xəstəliklər var ki, bu zaman istifadə həm sürücü, həm də ətrafdakılar üçün təhlükəli ola bilər.

Hansı xəstəliklər risk yaradır?

Nevroloji problemlər:
Epilepsiya xəstələrində qəfil tutma riski var. Bu isə idarəetmənin itirilməsi və yıxılma ilə nəticələnə bilər.
Mərkəzi sinir sistemi və koordinasiya pozğunluqları (beyincik, daxili qulaq xəstəlikləri və s.) da skuteri idarə etməyi təhlükəli edir.

İnsultdan sonrakı vəziyyətlərdə isə tarazlıq və reaksiya sürəti zəifləyə bilər.

Ürək-damar xəstəlikləri:
Aritmiya, hipertoniyanın ağır formaları, ürək çatışmazlığı və infarktdan sonrakı vəziyyətdə skuter sürmək əlavə risk yaradır. Həkim bildirir ki, ani manevr və stress ürək tutmasına səbəb ola bilər.

Ortopedik problemlər:
Oynaqlar və onurğa xəstəlikləri olanlarda vibrasiya və zərbələr xəstəliyi ağırlaşdıra bilər. Protezli və ya ciddi deformasiya olan şəxslər xüsusilə risk altındadır.

Yaşlılar və hamilələr:
Yaş artdıqca koordinasiya və reaksiya zəifləyir, bu da yıxılma riskini artırır. Hamilə qadınlarda isə huş itirmə və stressə həssaslıq təhlükə yarada bilər.

Alkoqol və digər sərxoşedici hallar:
Həkim vurğulayıb ki, spirtli içki və ya digər sərxoşedici maddələr altında skuter idarə etmək həm təhlükəlidir, həm də qanunla cəzalandırılır.

Psixi və koqnitiv pozğunluqlar da riskdir

Mütəxəssis qeyd edib ki, bəzi psixi xəstəliklər və depressiv vəziyyətlər insanın yol vəziyyətini düzgün qiymətləndirməsinə mane olur. Bu isə qəza riskini artırır.

Həkimdən vacib xəbərdarlıq

Baş gicəllənmə, koordinasiya pozulması, əzələ zəifliyi və huşun itməsi kimi əlamətlər varsa, skuter istifadəsi dayandırılmalıdır.

“Ən doğru addım əvvəlcədən həkimə müraciət etməkdir. Əgər bu əlamətlər skuter sürərkən yaranırsa, bu artıq ciddi xəbərdarlıqdır”, - deyə nevroloq bildirib.

Həkim həmçinin vurğulayıb ki, sağlam insanlar da təhlükəsizlik vasitələrindən - dəbilqə, dizlik və əlcəklərdən mütləq istifadə etməlidirlər.

Qeyd edək ki, daha əvvəl travmatoloqlar da elektrikli skuterlərin əsas təhlükələri barədə xəbərdarlıq etmişdilər.

(publika)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Aprel 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri