Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya Daxili Təbabət Cəmiyyətinin həkimləri müəyyən qrup insanlara qəhvə qəbulundan tamamilə imtina etməyi tövsiyə ediblər.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssislər xüsusilə qastrit diaqnozu qoyulmuş şəxsləri tərkibində kofein olan içkilərdən uzaq durmağa çağırıblar.
Həkimlərin sözlərinə görə, bu xəstəlik zamanı mədənin selikli qişasını zədələməyən və həzm prosesini yaxşılaşdıran balanslı pəhrizə riayət etmək vacibdir.
Bu səbəbdən rasiondan qəhvə ilə yanaşı, qırmızı və emal olunmuş ət, yüksək yağlı qidalar, hazır şirniyyatlar, şokolad, çay, acı yeməklər, qazlı içkilər və spirtli içkilər də çıxarılmalıdır.
“Sağlam qidalanmaq, stresdən uzaq durmaq və turşuluğu neytrallaşdıran və ya onun yaranmasının qarşısını alan qələvi tərkibli vasitələrlə müalicə olunmaq lazımdır”, - deyə həkimlər vurğulayıblar.
Baxış sayı:96
Bu xəbər 24 Oktyabr 2026 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















