Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bu xəyanətkarlar Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortaqlarıdır Mövqe

Bu xəyanətkarlar Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortaqlarıdır Mövqe

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Tarix boyu dövlətlərin möhkəmliyi, toplumların birliyi və millətlərin yaşamaq gücü bir amildən çox asılı olub: sadiqlik və yüksək məsuliyyət hissi. Amma bu zənciri qıran, milli maraqlara zərər vuran ən təhlükəli hadisə xəyanətdir. Xəyanət yalnız hüquqi cinayət deyil, həm də mənəvi və tarixi məsuliyyətdir. Buna görə də dövlətə və milli maraqlara xəyanət bağışlanmır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

 Deputat deyib ki, dövlətçiliyə vurulan hər hansı zərbə millətin gələcəyinə vurulmuş zərbədir: “Tarix boyu dövlətləri yıxan, millətləri böhrana sürükləyən ən təhlükəli hadisələrdən biri isə xəyanət olub. 

Tarix də sübut edir ki, ən böyük fəlakətlər çox zaman daxildən etimadı doğrultmayan, dövlətə arxa olmaq əvəzinə onu zəiflədən şəxslərdən qaynaqlanıb. Bir çox dövlətlər xəyanət ucbatından məhv olub, işğala uğrayıb və ya uzun illər davam edən böhranlarla üzləşib. Tariximizdə də belə hadisələr az olmayıb. Vətənin ağır günlərində, müharibə və sınaq dönəmlərində milli birlik pozulanda və xəyanət baş qaldıranda millətin gücü zəifləyib. Amma xalqımız bir həqiqəti heç vaxt unutmayıb: daxili düşmən xarici düşməndən daha təhlükəlidir.
Bu gün dünya dəyişib, təhlükələr də dəyişib. Təbii ki burda söhbət akademik Ramiz Mehdiyevdən və onun illər boyu formalaşdırdığı, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsindən gedir. Bü gün siyasi sferada gerçəklərin üzə çıxdığı bir zamanda Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin eyni zəncirin həlqələri olması aydın olur”.
O əlavə edib ki, dövlətçilik iradəsi, milli birlik və ictimai məsuliyyət bir xalqın ən müqəddəs dayaqlarıdır: “Bu dayaqları sarsıdan ən təhlükəli amillərdən biri isə bir neçə şəxsin şəxsi maraq, eqoizm və mənəvi zəiflik naminə milli maraqları satmasıdır. Xüsusilə də bir-birinə dayaq olaraq tandem şəklində fəaliyyət göstərən qrupların xəyanəti cəmiyyətə daha böyük zərbə vurur. Çünki belə hallarda təkcə fərdi pozuntu yox, qəsdən və planlı şəkildə dövlətçilik əleyhinə birləşmiş niyyət meydana çıxır. Məhz bu səbəbdən Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin gizli şəkildə bir araya gələrək dövlətə xəyanət etməsi təkcə hüquqi yox, həm də mənəvi, əxlaqi və milli dəyər baxımından ağır pozuntu sayılır.
Tarixi və müasir reallıq göstərir ki, xəyanət heç vaxt böyük ideyalardan doğmur. O, adətən çılız xarakterin məhsulu olur. Öz mənfəətini millətin gələcəyindən üstün tutan, mənəvi zəiflik göstərən, dövlətə deyil, öz nəfsinə xidmət edən şəxslərin addımıdır. Ramiz Mehdiyevin xəyanət trayektoriyasına öz məkrli niyyətləri ilə təşrif buyuran Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin birləşərək gizli fəaliyyət göstərməsi də məhz belə zəiflikdən eqoist ambisiyalardan qaynaqlanır. Onlar öz məqsədləri naminə böyük bir xalqın taleyini riskə ataraq dövlətə qarşı addımlar atırlar. Bu isə artıq sadəcə bir səhv deyil, dövlətçilik prinsiplərinə açıq xəyanətdir. Nəticədə onların hər biri, öz rollarına uyğun olaraq, Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortağıdırlar. Onların birləşərək plan qurması, məlumat paylaşması və koordinasiyalı fəaliyyət göstərməsi xəyanətin daha ağır formasını yaradır. Fərdi xəyanət bəzən təsadüfi ola bilər, lakin tandem halında xəyanət düşünülmüş, məqsədli, qarşılıqlı rol bölgüsü olan, dövlət qurumlarına yönəlmiş sistemli zərbədir.
Bu cür əməkdaşlıq cəmiyyət üçün daha təhlükəli sayılır, çünki burada yalnız bir şəxsin deyil, bir qrupun məqsədli şəkildə dövlətə qarşı birləşdiyi görünür. Xəyanətin planlı olması onun mahiyyətini daha da ağırlaşdırır.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq məhz həmin qaranlıq məqamlara işıq salır.

Bu cür hallara qarşı dövlətin sərt və prinsipial mövqeyi təkcə cəza mexanizmi deyil, həm də gələcək cəhdlərin qarşısının alınması üçün mühüm siqnaldır. Hər bir ölkə kimi Azərbaycan da dövlətə xəyanət hallarını hüquqi müstəvidə ciddi şəkildə araşdırır, dövlət təhlükəsizliyinə qarşı yönələn hərəkətləri qəti şəkildə cavablandırır, milli maraqların toxunulmazlığını təmin edir. Qanunların sərtliyi ədalətsizlik deyil, zərurətdir. Çünki dövlətin təhlükəsizliyi kompromis mövzu deyil.
Milli maraqların qorunması yalnız dövlət qurumlarının və xüsusi xidmət orqanlarının işi deyil. Bu missiya bütün cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşən mənəvi borcdur. Çünki dövlətin gücü xalqın birliyindən, həmrəyliyindən və sədaqətindən qaynaqlanır. Milli maraq hər birimizin həyatına, təhlükəsizliyinə, sabahına təsir edən fundamental prinsipdir”.
Deputat bildirib ki, bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda öz sözünü deyə bilən, mövqeyi hesablanan və dayanıqlığı ilə seçilən bir dövlətdir: “Bu gün Azərbaycan dövlətinin barışmaz mövqeyi təsadüfi deyil. Zəfər tarixi bunun ən böyük sübutudur. 
Bu Zəfər yalnız hərbi qələbə deyildi, həm də xalqın birliyinin, ordunun qüdrətinin, dövlət rəhbərliyinin siyasi iradəsinin və milli ruhun təntənəsi idi. 
Bu proseslər Azərbaycanın gələcəyinin nə qədər parlaq, strateji məqsədlərinin nə qədər aydın olduğunu sübut edir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətini zəiflətmək istəyənlər yanılırlar. Çünki dövlətin dayaqları torpaq kimi bərk, xalqın iradəsi dəmir kimidir. Bu inkişaf xəritəsinin arxasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli kursu, müdrik siyasəti və öz xalqına inamı dayanır. Onun formalaşdırdığı strateji xətt Azərbaycanı regionun ən güclü dövlətlərindən birinə çevirib və bu güc hər gün daha da artır. Bu güc, bu iradə, bu əzm sayəsində Azərbaycan bu gün də, sabah da öz yolunda daha inamla irəliləyəcək. Xəyanətin kölgəsi xalqın iradəsinə qaranlıq sala bilməz. Çünki Azərbaycan dövləti böyükdür, güclüdür, vətəndaşının birliyi ilə yenilməzdir.
Azərbaycanın yolu Zəfər yoludur - gücün, inkişafın, sabitliyin və əzmin yoludur”.
 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri