Icma.az
close
up
RU
Bu mükafat Azərbaycan dövlətçiliyinə verilən mükafatdır

Bu mükafat Azərbaycan dövlətçiliyinə verilən mükafatdır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Xeyirxahlıq da, bəşər naminə xeyirli düşüncələr də, xeyirli fəaliyyət də böyük səmimiyyətlə dəyərləndirilir. Dünyanın sabahları naminə hər söz də dünyəvi mahiyyətlidi, hər təşəbbüs də, hər görülən iş də. İkitərəfli və çoxtərəfli əlaqələr dövlətləri bir-birinə daha da yaxınlaşdırır. Bu proses bəşəri prosesdir. Son illərdə belə münasibətlər mahiyyət baxımından dünyanın dincliyinə yönəldilib. Bəşəri bir dövlət olan Azərbaycan da bu prosesin icraçıları sırasındadır...
Azərbaycan nüfuzlu bir dövlət kimi əksər bəşəri tədbirlərə dəvət olunur. Bu dəvət etibardır, etimaddır, inamdır, güvəncdir...
Fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi də bu siyasi dərkin təsdiqi oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. İnsan və qardaşlıq ifadələri tədbirin nə qədər dünyəvi olduğunun, nə qədər bəşəri olduğunun göstəricisidir. Belə bir tədbirdə iştirak da Azərbaycana ehtiramın təzahürü idi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edildi. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışında Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməyin böyük şərəf olduğunu, bu sülhün təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini xatırladan dövlət başçımız dedi ki, “Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.
Ərazi iddiasına görə Ermınistan Azərbaycana qarşı elan etmədən işğalçılıq müharibəsinə başladı, Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Azərbaycan ədalətli müharibə ilə torpaqlarını işğaldan qurtardı, ərazi bütövlüyünü tam təmin etdi.
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Ame-rika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirən dövlət başçımız uzunmüddətli münaqişədən, əzablardan, qarşılıqlı etimadsızlıqdan sonra sülhün mümkünlüyü amilini də xatırladaraq dedi: “Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzab¬lara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan ara-sında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bugünkü simvolizm havada hiss olunur. Bizi bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm”...
Bu sülh regionun sülhüdür, bu sülh dünyaya gərəkli sülhdür. Sülh naminə hər təşəbbüs, hər tədbir, belə tədbirlərdə iştirak bəşəriyyətə xidmət deməkdir. Azərbaycan belə dövlətələrdəndir. İkitərəfli və çoxtərəfli münasibətlər sistemində böyük nüfuza malik olan Azərbaycan bəşəri münasibətləri böyük məsuliyyətlə yaşadır...
Əbu-Dabidə Dövlət başçımıza verilən “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan dövlətçiliyinə verilən mükafatdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Fevral 2026 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri