Bu xidmətə görə əlavə pul ödəniləcək YENİ QƏRAR Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təqdim olunan "Dövlət rüsumu" haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0.02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək.
Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Dekabr 2024 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















