Icma.az
close
up
RU
Bu yapon avtomobillərini almaq tövsiyə edilmir ADLAR + SƏBƏB

Bu yapon avtomobillərini almaq tövsiyə edilmir ADLAR + SƏBƏB

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Yaponiya istehsalı olan avtomobillər dünyada daha çox bəyənilən avtomobillər olsa da onların bəzi modelləri istifadəçilərin məmnuniyyətini qazana bilməyib. Həmin avtomobil modellərinin daha tez-tez təmirə ehtiyacının yaranması və digər çatışmazlıqlar istifadəçilərin narazılığına səbəb olur.  

News24.az Sfera.az-a istinadla xəbər verir ki, tanınmış “Go Banking Rates” saytı ABŞ bazarındakı məlumatlar əsasında daha tez-tez təmir olunan və digər səbəblərdən uğurlu olmayan 5 yapon avtomobil modelinin adını açıqlayıb. 

Nəşrin məlumatına görə, 2004-2008-ci illərdə istehsal edilən “Mazda RX-8” modeli sahiblərini çox incidir. Bu modellər 4 silindrli mühərriklə təchiz edilib. “Mazda RX-8”ən pis tərəfi odur ki, insanlar mühərrikin nasazlığından, elektrik sükanının problemlərindən və həddindən artıq yağ “yeməsindən” şikayətlənirlər. 

Kiçik idman avtomobili olan digər yapon markası “Mitsubishi Eclipse” modelindən də şikayətlər çoxdur. Bu model avtomobillərin təkərləri asanlıqla xarab olur. Avtomobilin daxili təchizatı ucuz vasitələrlə təmin edilib və hissələri tez-tez qırılır. Sürücülər avtomatik transmissiyadan, güc aqreqatı və sükan idarəetməsində problemlərdən daha çox şikayət edir. 

“Honda CRX Del Sol” modeli də istifadə edənləri məyus edir. Bu model avtomobillərdə damdan su sızması ehtimalı böyükdür, daxili hissə çox səs-küylüdür. Ön əyləc disklərinin əyilməyə meylli olduğu da bildirilir. 

“Toyota Paseo” modeli nəşrin yazdığına görə, uğurlu model deyil. O, bu siyahıdakı digərləri kimi mexaniki problemlər çox yaratmır, lakin sürücüləri məmnun da etmir. Buna görə də “Toyota” şirkəti onun istehsalını vaxtından öncə dayandırıb. Bu səbəbdən Paseo modelini alan şəxslər təmir üçün ehtiyat hissələrini çətinliklə tapırlar.

“Suzuki Samurai” və “Suzuki X-90” avtomobilləri də təhlükəsizlik baxımından aşağı reytinqli avtomobil hesab olunurlar. Bu avtomobillər kəskin manevrlər zamanı aşmağa meyllidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Noyabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri