Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Bu qidalar bağırsaq xərçənginə səbəb olur ADLAR

Bu qidalar bağırsaq xərçənginə səbəb olur ADLAR

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada gənclər arasında bağırsaq xərçəngi hallarında sürətli artım müşahidə olunur. Mütəxəssislər erkən yaşda ortaya çıxan bağırsaq xərçənginin yaşlılardakı formadan bioloji baxımdan fərqli olduğunu və bu fərqin əsas səbəblərindən birinin qidalanma tərzi olduğunu bildirirlər.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Hindistan və Avropanın bəzi bölgələrində bağırsaq xərçəngi artıq gənclər arasında xərçəngdən ölümün başlıca səbəbləri arasında yer alır.

"Cleveland Clinic" tibb mərkəzinin araşdırmasına əsasən, 50 yaşdan aşağı və yuxarı xəstələrin müqayisəsi nəticəsində gənc xəstələrin orqanizmində maddələr mübadiləsində ciddi fərqlər olduğu aşkarlanıb.


Araşdırma göstərib ki, gənclərdə karbohidrat mübadiləsi pozulub, sitrat səviyyəsi aşağı düşüb, zülal parçalanmasındakı fərqliliklər isə metabolik stressin artdığını göstərir. Mütəxəssis Dr. Marina Naqinin sözlərinə görə, bu nəticələr erkən yaşda başlayan bağırsaq xərçənginin fərqli mexanizmlərlə inkişaf etdiyini sübut edir.
 

Ən böyük risk qırmızı ət və şəkərli içkilərdir.


Mütəxəssislər qırmızı və emal olunmuş ətlərin (kolbasa, sosis, pastırma və s.), eləcə də şəkərli içkilərin bağırsaq xərçəngi riskini artırdığını bildirirlər. Dünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri “1-ci qrup kanserogen”, qırmızı əti isə “2A qrup - ehtimal olunan kanserogen” kimi qiymətləndirir.


Qırmızı ət yüksək temperaturda bişirildikdə DNT-yə zərər verən zərərli maddələr (heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər) əmələ gəlir. Emal olunmuş ətlərdəki nitrat və nitritlər isə bağırsaqda kanserogen N-nitrozo birləşmələrinə çevrilə bilər.


Şəkərli qidalar yalnız artıq çəki deyil, həm də insulin dirənci, xroniki iltihab və bağırsaq mikroflorasının pozulması ilə də xərçəng riskini artırır. 2024-cü ildə dərc olunan araşdırmaya görə, şəkərli içkilərdən çox istifadə edən gənclərdə bağırsaq xərçəngi riski bədən çəkisi nəzərə alınsa belə yüksək qalır.


Təkcə genetik yox, həyat tərzi də rol oynayır.


Həkimlər bildirirlər ki, bağırsaq xərçənginin yaranmasında təkcə genetik meyillik deyil, müasir həyat tərzi də əsas rol oynayır. Xüsusilə oturaq həyat tərzi, qarın piylənməsi, aşağı lifli qidalanma, alkoqol və siqaret istifadəsi, qeyri-müntəzəm yemək vərdişləri xəstəliyin erkən və aqressiv gedişatına səbəb olur.


Mütəxəssislər qeyd edirlər ki, gənclərdəki xərçənglər tez-tez daha aqressiv olur və adətən sol kolon və ya düz bağırsaqda yerləşir. Nəsildə xəstəlik olmasa belə, DNT-nin təmir genlərində pozulma daha çox müşahidə edilir. Eyni zamanda 45 yaşdan aşağı şəxslərdə rutin müayinələrin aparılmaması diaqnozun gec qoyulmasına səbəb olur.


Həkimlər xərçəngə yoluxmamaq üçün bəzi önləyici tövsiyələr veriblər:


- Qırmızı və emal olunmuş ətləri həftədə 2-3 porsiyondan artıq yeməyin;
- Şəkərli içkilərdən uzaq durun, su və bitki çaylarına üstünlük verin;
- Gün ərzində 25–30 qram lif (meyvə, tərəvəz, paxlalılar) qəbul edin;
- Zeytun yağı, qoz, giləmeyvələr kimi antiiltihabi qidaları rasionunuza əlavə edin;
- Həftədə ən azı 150 dəqiqə fiziki aktivlik edin;
- Qarın piylənməsindən qaçın, normal çəki qoruyun;
- Yuxu rejiminə və stressə nəzarət edin;
- Siqaret və alkoqolu tərgidin və ya minimuma endirin;
- Nəsildə xərçəng varsa, 40 yaşdan əvvəl skrininq müayinələrinə başlayın;
- Nəcisdə qan, uzunmüddətli şişkinlik və yorğunluq kimi əlamətləri mütləq həkimə bildirin;


Bəsti Rəfizadə
Sfrera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri