Icma.az
close
up
RU
Bu yay bağ evi kirayələmək neçəyə başa gələcək?

Bu yay bağ evi kirayələmək neçəyə başa gələcək?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Yay mövsümünün başlaması ilə şəhərin səs-küyündən uzaqlaşıb istirahət etmək istəyənlərin sayı artır. Xüsusilə bağ evlərinə tələbatın yüksəlməsi bazarda qiymətlərin necə dəyişəcəyi ilə bağlı sualları da gündəmə gətirir. Bəs yay aylarında bağ evlərinin kirayə və satış qiymətlərində artım gözlənilirmi?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hər il bağ mövsümündə adətən aprel ayından başlayaraq qiymət artımı özünü göstərir:

"Xüsusilə də kirayə qiymətlərində bu artım hiss olunur. Satış qiymətlərinə gəldikdə isə, əgər evlər yeni tikilibsə, həmin evlər təbii ki, daha yüksək xərcə başa gəlir. Çünki inşaat materialları, işçilik və digər xərclər hazırda bir il əvvəlkindən daha çoxdur və bu da yeni inşa edilmiş bağ evlərinin bazara daha yüksək qiymətlə təklif olunmasına gətirib çıxarır.

Amma alıcılıq hazırda aktiv olmadığı, bazar kifayət qədər dinamik olmadığı üçün köhnə tikililər, yəni bağ evləri bazara o qədər də yüksək qiymətlə təklif olunmur. Hətta burada daha aşağı qiymətlərə də rast gəlmək olur.

Burada əsas vurğu kirayə qiymətlərinə qoyulmalıdır. Çünki keçən il qiymətlər üç min manatdan səkkiz min manatadək dəyişirdisə, bu il dörd min manatdan on min manatadək dəyişir. Tam infrastruktura malik, istirahət üçün tennis kortu, futbol meydançası, hovuzu, həm yaşayış, həm də istirahət üçün müvafiq şəraiti olan bağ evləri hazırda bazarda çox yüksək qiymətlə təklif olunur".

"Ötən illə müqayisədə kirayə qiymətləri təxminən 20-25 faiz artıma məruz qalıb. Amma satış qiymətlərində artım təqribən 10-12 faizdir. Burada söhbət yeni tikililərdən, yeni tikilən və inşa olunan bağ evlərindən gedir.

Bundan sonrakı dövrdə artım necə ola bilər? Mən düşünmürəm ki, ciddi artım baş versin. Çünki onsuz da qiymətlər artıq yüksəlib. Amma bazarda qıtlıq yaranarsa və ya müəyyən problemlər ortaya çıxarsa, 3-5 faizdən artıq artım gözləmirəm. Yəni, təqribən desək, kirayə qiymətləri 5-10 faiz civarında arta bilər. Satış qiymətləri isə təxminən 5 faiz civarında artıma məruz qala bilər", - deyə V.Oruc sonda qeyd edib.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri