Icma.az
close
up
RU
Yay istirahəti neçəyə başa gələcək? Ölkələr və QİYMƏTLƏR

Yay istirahəti neçəyə başa gələcək? Ölkələr və QİYMƏTLƏR

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay mövsümünün yaxınlaşması ilə istirahət planları da gündəmə gəlir. 2025-ci ilin yayında isə həm regionda, həm də Avropada müxtəlif istiqamətlərə səyahət etməyə olan tələbat yüksəkdir.

Bəs bu yay xaricə çıxmaq istəyən bir vətəndaş üçün təxmini nə qədər büdcə tələb olunur? 

Sfera.az xəbər verir ki, tur paketləri, fərdi planlama, vizalar, yaşayış və gündəlik xərclər daxil olmaqla, ən çox üstünlük verilən beş istiqamət üzrə ortalama qiymətləri təqdim edirik:

Türkiyə 

Azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri Türkiyədir. İstanbulda mədəniyyət və alış-veriş, Antalyada isə dəniz və günəş istirahəti ön plandadır.
  

 •    Aviabilet: 300–450 AZN
    •    Yaşayış: 40–80 AZN/gün (orta səviyyəli otellər və airbnb)
    •    Gündəlik xərclər: 30–50 AZN
Ümumi xərc (7 gün): 850 – 1350 AZN

Gürcüstan 

Vizaya ehtiyac olmayan Gürcüstan həm iqtisadi, həm də mədəni istirahət üçün münasib seçimdir. Xüsusilə Batumi yay aylarında qonaqların əsas ünvanıdır.

    •    Nəqliyyat: 100–200 AZN
    •    Yaşayış və xərclər: 250–400 AZN

Ümumi xərc (5 gün): 350 – 600 AZN

BƏƏ 

Dubayda yay mövsümü çox isti keçsə də, endirimli tur paketləri və alış-veriş fürsətləri sayəsində istirahət etmək istəyənlərin sayı azalmır.
 

   •    Aviabilet: 500–700 AZN
    •    Viza: 120 AZN
    •    Yaşayış: 70–130 AZN/gün
    •    Gündəlik xərclər: 50–70 AZN

Ümumi xərc (7 gün): 1450 – 2300 AZN

Avropa 

İtaliya, İspaniya və Fransaya yay səyahəti daha çox mədəniyyət və tarix sevərlərin seçimidir. Bu istiqamət maliyyə baxımından nisbətən baha olsa da, yüksək maraqla qarşılanır.
  

 •    Aviabilet: 550–850 AZN
    •    Şengen vizası: 145 AZN
    •    Yaşayış: 70–120 AZN/gün
    •    Gündəlik xərclər: 50–70 AZN/gün

Ümumi xərc (7 gün): 1500 – 2400 AZN

Misir 

Misirə yay aylarında təşkil olunan tur paketlərə çox vaxt aviabilet, otel və gündəlik yemək daxil olur. Şarm əl-Şeyx və Hurqada bu yay da populyarlığını qoruyacaq.
    •    Tur paketləri: 900–1400 AZN
    •    Əlavə xərclər: 100–200 AZN (ekskursiyalar, alış-veriş)

Ümumi xərc (6 gün): 1000 – 1600 AZN

Qeyd edək ki, qiymətlər səyahət tarixindən, bron olunan otelin səviyyəsindən və şəxsi xərclərdən asılı olaraq dəyişə bilər. Ən sərfəli qiymətləri əldə etmək üçün erkən rezervasiya və kampaniyalardan istifadə tövsiyə olunur.

Fidan Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri