“Bu yay, demək olar ki, seleksiya aparılmayıb” Gəncədən acı etiraf gəldi
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən həftə “Kəpəz” rəhbərliyi ilə fanklublar arasında görüş keçirilib.
Tədbirdə klubun infrastruktur rəhbəri Ruslan Məmmədov, mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov, həmçinin “Xəmsə”, “Kapaz Ultras” və “Zona 20” fan klublarının üzvləri iştirak edib.
“Football-plus.az” “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovun görüşlə bağlı fikirlərini öyrənib. Belə görüşlərlə elitada qalmaq mümkün olacaqmı?
“Görüş noyabrın 8-də olub. Həm bayramla bağlı idi, həm də azarkeşlərlə görüş niyyətləri var idi. Problemlərdən danışdıq. Nəsə sualımız olanda həmişə rəhbərliyə verə bilirik Ancaq işi bu görüşlərin ümidinə buraxsaq, çətin olacaq. Elitada qalmaq üçün qışa kimi imkan daxilində maksimum xal yığmaq, qışdan sonra heyətə əl gəzdirmək vacibdi. Çünki bu yay seleksiya işi bərbad aparılıb, hətta, demək olar ki, aparılmayıb, keyfiyyətliləri yollayıb, futbolla əlaqəsi olmayan legionerləri komandaya doldurublar”.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:96
Bu xəbər 13 Noyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















