Icma.az
close
up
RU
“Gəncədən başlanan dövlətçilik salnaməsi”

“Gəncədən başlanan dövlətçilik salnaməsi”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Xalq Cümhuriyyəti – 107

Nizami yurdunda bu mövzuda respublika elmi konfransı keçirilib

Məclisi Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və onun Diyarşünaslıq İnstitutu tərəfindən təşkil edib. Konfransa Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Ağcabədi və Şabranın elmi-tədqiqat və ali təhsil ocaqları, eləcə də dövlət qurumlarından alim və mütəxəssisləri qoşulublar.

Konfransda Gəncənin tarixi haqqında qısa videoçarx nümayiş etdirildikdən sonra AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək deyib ki, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifəsidir.

Akademik Fuad Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və dünyanın hazırkı inkişaf qanunauyğunluqlarına uyğun surətdə davam etdirildiyini qeyd edib.

Milli dövlətçiliyimizə tarixin müxtəlif dövrlərində Gəncə şəhərinin böyük töhfələr verdiyini vurğulayan akademik bu haqda Gəncə Bölməsi tərəfindən çox sayda monoqrafiya və məqalələrin çap edildiyini qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyinin böyük əhəmiyyət daşıdığını bildirib və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edb.

AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova, Türkiyənin İzmir 9 Eylül Universitetindən tarix elmləri doktoru, dosent Kenan Kırkpınar, AMEA-nın Gəncə Bölməsi elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova , Bakı Ali Neft Məktəbi və AMEA Tarix və Etnologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi, Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Xatirə İlyasova və başqaları məruzələrlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri