Icma.az
close
up
RU
Bu yeməklərlə uşaqlar böyümür, çürüyür Pediatrdan SOS siqnal

Bu yeməklərlə uşaqlar böyümür, çürüyür Pediatrdan SOS siqnal

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Biz sivil bir ölkədə uşaqların qida təhlükəsizliyindən danışırıq. Buna da rəsmi qurumlarla yanaşı, valideynlər də cavabdehdir”


Təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. Hər il təxminən 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur. Təxminən 420 min insan isə təhlükəli və ya çirklənmiş qidanın istehlakı nəticəsində həyatını itirir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  Azərbaycandakı ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda konfransda çıxışı zamanı danışıb. Z.Mustafayeva vurğulayıb ki, xüsusilə 5 yaşdan kiçik uşaqlar bu təhlükədən daha çox əziyyət çəkirlər – onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir və hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir: 


- Bu statistika onu göstərir ki, təhlükəli və ya çirklənmiş qida yalnız insan sağlamlığı üçün deyil, həm də iqtisadi rifah üçün ciddi təhdid yaradır. Bu təhlükə xüsusilə qadınlar, uşaqlar, münaqişədən zərər çəkmiş əhali və miqrantlar kimi həssas və marginal qruplara daha çox təsir göstərir. Ümumdünya Qida Təhlükəsizliyi Günü hər il fərqli şüarlarla qeyd olunur. Bu il Qida Təhlükəsizliyi Gününün rəsmi şüarı “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” adlanır. Bu şüar qida təhlükəsizliyinin təmin edilməsində elmi biliklərin və onların praktik tətbiqinin əhəmiyyətini bir daha xüsusi olaraq vurğulayır. Qida təhlükəsizliyinin təmin olunmasında elmin rolu mühüm və çoxşaxəlidir. Bu sahədə elmi nailiyyətlər və texnoloji yeniliklər qida məhsullarının təhlükəsiz istehsalı, saxlanması, daşınması və istehlakı proseslərində risklərin minimuma endirilməsinə imkan yaradır. Mikrobiologiya, biotexnologiya, kimya, qida mühəndisliyi və digər əlaqəli elmi sahələr vasitəsilə mikroorqanizmlərin, toksinlərin və zərərli maddələrin vaxtında aşkarlanması, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün olur.

Sədr müavini qeyd edib ki, həmçinin “Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. Bu yanaşma həm milli, həm də beynəlxalq miqyasda qabaqlayıcı tədbirlərin planlaşdırılmasında strateji rol oynayır.


Daha çox azyaşlıların təhlükəli və çirklənmiş qidadan əziyyət çəkməsi probleminə toxunan pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bunun bir neçə səbəbi olduğunu dedi: 


- Daim bunu analara təlqin etməyə çalışırıq ki, uşaqlara hər hansı qida verdikdə, gigiyenik qaydalara əməl etmək lazımdır. Gigiyena ən vacib şərtlərdən biridir. Gəzintidə uşağa yemək üçün nəsə verilirsə, bu zaman uşağın əllərinin təmiz olmasına diqqət etməlidirlər. Qidalanmaya qədər uşaq əllərini müxtəlif səthlərə toxundurur. Səthlərin üzərində min cür mikrob, bakteriya var. İstər parkda gəzintidə olsun, istər qapalı əyləncə mərkəzində. Bağçadan gəlir, məktəbdən gəlir, gəzintidən qayıdır. Fərqi yoxdur, qidalanmadan əvvəl əllər mütləq yuyulmalıdır. Gəzintidə ana uşağa nəsə yedizdirmək istəyirsə, gərək birinci növbədə uşağın əllərinin təmiz olmasına baxsın. Bunu çox adam görür, müşahidə edir ki, məktəbdən çıxan uşaq valideyni ilə metroya minir, vaqonda əyləşən kimi anası, atası, nənəsi, tez çantadan nəsə bir ərzaq çıxarıb uşağa verir, uşaq elə oradaca yeməyə başlayır. Daha fikir vermirlər ki, bu uşaq məktəbdən çıxıb yol gəlib, əlləri çirkli, tozlu ola bilər. Uşağın əllərini silənlər də var, amma istənilən halda sıxlıq olan yerdə müxtəlif bakteriyalar da çox olur. Uşaqlar sakit dayanmır, yemək yedikləri halda əllərini yenə də ora-bura sürtürlər, tutacaqlardan yapışırlar. Nə qədər mikrob ola bilər belə yerlərdə. İkincisi, meyvə-tərəvəzin lazımi qədər ciddi şəkildə yuyulmamasıdır. Meyvə-tərəvəzlər mağazaya gətirilənədək “N” sayda çirklənməyə məruz qalır.  Hələ küçədə, açıq satışda maşınların havaya ötürdüyü zərərli maddələr, yolun tozu-torpağı üzərinə çökən, alıcıların gün ərzində əllə təmas etdiyi meyvə-tərəvəzlər satılır. Bunların üzərində sizcə, mikrob, bakteriya yoxdur? Əlbəttə, var. Amma analar bunlardan alır, uşaq istəyir, deyib, elə oradaca da uşağa verir yeməyə. Heç evdə meyvə-tərəvəzləri düz-əməlli yumurlar, o ki qaldı küçədə alınan olsun. Belə qida çirklənməsi nəinki uşaqları, böyükləri də zəhərləyər, mədə-bağırsaq pozuntusu yaradar.


V.Qarayev qeyd etdi ki, təhlükəli və çirklənmiş qida zəhərlənmələrinin başlıca səbəblərindən biri də istehlaka hazır qidalardır: 

- Zəhərlənmələr paketlənmiş qidalar, istehlak müddəti bitmiş ərzaqlar, düzgün şəraitdə saxlanmayan məhsullardan yaranır. Paketlənmiş “əyləncəli qidalar”ın istehsalında kimyəvi maddələr çoxluq təşkil edir. Onlara kimyəvi qatqılar vurulmasa, bir neçə gündən artıq saxlamaq mümkün olmaz. Adi peçenyelərə də kimyəvi əlavələr vurulur, buna görə aylarla saxlamaq, yararlılıq müddətini artırmaq mümkün olur. Uşaqların gün ərzində nəylə qidalandığına baxdıqda, adam dəhşətə gəlir. Dərsdən çıxıb evə, bəlkə də, repetitor yanına gedən şagird “Xrutka” yeyir, çips paketi əlində avtobusa minir, süni dadlandırılmış şirniyyatlarla qidalanırlar, uzaqbaşı, mənşəyi bilinməyən ətdən hazırlanan dönər yeyirlər. Bunlar uşağın orqanizminə heç bir faydalı element ötürmür. Sadəcə, vərdiş edirlər deyə, sanırlar ki, doyurlar. Bu, yalançı, aldadıcı doyumluqdur. Zəhərlənmələr, təhlükə də bundan yaranır. Biz kasıb, ehtiyac içində olan ölkələrdə uşaqların ac qalmasından, aclıqdan hər nə tapılsa yediklərindən danışmırıq. Sivil bir ölkədə uşaqların qida təhlükəsizliyindən danışırıq. Buna da rəsmi qurumlarla yanaşı, valideynlər də cavabdehdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri