Icma.az
close
up
RU
Pediatrdan yeni dərs ili öncəsi SOS: ağır məktəb çantaları...

Pediatrdan yeni dərs ili öncəsi SOS: ağır məktəb çantaları...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. Valideynlər məktəb ləvazimatları, forma və digər hazırlıqlarla yanaşı, uşaqların hər gün daşıyacağı məktəb çantasına da diqqət yetirməlidirlər. Çünki həddindən artıq ağır çanta uşağın bel, boyun və çiyin nahiyəsinə əlavə yük yarada, xüsusilə düzgün olmayan çanta istifadəsi zamanı dayaq-hərəkət sistemi ilə bağlı problemləri ağırlaşdıra bilər.

Son illər skolioz, kifoz və lordoz kimi onurğa problemlərinin uşaqlar arasında artması məsələnin əhəmiyyətini daha da artırır. Bəs məktəbli çantasının çəkisi uşağın çəkisinin neçə faizindən çox olmamalıdır? Ağır çanta skolioz və lordoza səbəb ola, yaxud mövcud problemi ağırlaşdıra bilərmi? Çantanın düzgün seçilməsi və daşınması necə olmalıdır? Valideynlər uşağın onurğasının sağlamlığını qorumaq üçün nələrə diqqət etməlidirlər?

Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Məktəbli uşaqların, xüsusən də aşağı sinif şagirdlərinin çantalarının ağır olması günümüzün əsas problemlərindən biridir. Muayinəyə gələn uşaqların əksəriyyətində — istər ibtidai sinifdə, istərsə də 5-ci, 6-cı və hətta daha yuxarı siniflərdə — onurğa əyrilikləri, ən azı birinci dərəcəli skolioz, bəzilərində isə kifoz və lardoz müşahidə edirik. Demək olar ki, uşaqların böyük bir hissəsində onurğa əyriliyi var.

Məsələnin əsas səbəblərindən biri günümüzdə uşaqların oturaq həyat tərzi sürməsi, yəni telefona çox vaxt ayırmalarıdırsa, digər vacib səbəb çantaların həddindən artıq ağır olmasıdır. Mənim öz uşaqlarım da məktəblidir və onların çantasına nəzər salanda görürəm ki, bir fənn üzrə uşaq həm kitab, həm dəftər, həm də iş dəftəri daşımalı olur. Gün ərzində təxminən beş dərs olduqda və hər dərsdən bir neçə kitab-dəftər götürüldükdə çantanın çəkisi həddindən artıq ağırlaşır. Nəticədə uşaq o yükü qaldırmaqda çətinlik çəkir, hətta valideynlər də o çantanı böyük əziyyətlə daşıyırlar. Bu da, təbii ki, uşağın sağlamlığına mənfi təsir göstərir, yəni təsirsiz ötüşmür. Bəzən məktəbə gəlib-gedərkən çantaları valideynlər daşısa da, əsas yük yenə uşaqların üzərinə düşür. Çünki məktəb daxilində həmin çantanı daşımaq, sinifdən-sinfə aparıb-gətirmək birbaşa uşaqların öhdəsinə qalır. Çıxış yolu kimi bir ara təklif olunmuşdu ki, dərsliklər birinci və ikinci yarımillik üzrə iki hissəyə bölünsün — sanıram ki, bu qayda artıq tətbiq olunur. Lakin buna baxmayaraq, əlavə dərs vəsaitləri, köməkçi materiallar və iş dəftərləri yenə də çantanın ağır olmasına gətirib çıxarır”.

Həkim hesab edir ki, problemin həlli üçün dərslərə aid materialların yükü azaldılmalı, ya elektron formata keçilməli, ya da ümumilikdə istifadə olunan dərslik və vəsaitlərin sayı azaldılmalıdır: “Uşaqlarda skoliozun artmaması və inkişaf etməməsi üçün fiziki aktivlik böyük əhəmiyyət kəsb edir. Məktəblərdə bədən tərbiyəsi dərslərinin keçirilməsi mütləqdir. Bəzən bu dərslərin əvəzinə digər fənlərin keçirilməsi yanlış yanaşmadır. Dərslərarası fasilələrdə, heç olmasa gündə iki dəfə uşaqlar məktəbdə gimnastika hərəkətləri etməlidirlər. Bundan əlavə, uşaqların məktəbdən kənar vaxtlarda hər hansı idman növü ilə məşğul olmaları, axşamlar interaktiv və hərəkətli həyət oyunları oynamaları məqsədəuyğundur. Bir sözlə, fiziki aktivlik skoliozun qarşısını almaqda kəsərli rol oynayır”.

Gülşən Əliyeva onu da bildirib ki, qış aylarında D vitamininin qəbul edilməsi, süd məhsullarının kifayət qədər rasiona daxil olunması və uşaqlarda həzm sisteminin yaxşı formalaşması kalsium ilə D vitamininin bədənə sorulmasına və skoliozun qarşısının alınmasına kömək edir: “Bir sözlə, süd məhsullarının və D vitamininin kifayət qədər qəbul edilməsi, yay aylarında uşaqların günəş vannası qəbul etməsi və lazımi miqdarda günəş işığı alması, həmçinin digər sağlamlıq problemlərinin həll olunması və dərs yükünün — daha doğrusu, ağır çantaların yükünün azaldılması skoliozun qarşısını alar və onun inkişaf etməsinə, artmasına mane olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Avqust 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri