Bu yenilik Bakı Sumqayıt yolunda tıxacların azalmasına gətirə bilərmi?
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.
Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edilə biləcək.
Ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq.
Bu yeniliklər Bakı-Sumqayıt yolunda tıxacların azalmasına gətirə bilərmi?

Nəqliyyat eksperti Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında layihəni dəstəklədiyini vurğulayıb:
"Əslində, onların nə fikirləşdiyini və planlaşdırdıqlarını bilmək lazımdır. Orada mövcud dəmir yolunun üstündə körpü var. Sumqayıt şəhərinə doğru, sağdakı körpü istifadəsiz qalıb. Orada yaşayış massivindən çıxan avtomobillər körpünün üstündən getsə, qarşıdan gələn avtomobiləri isə svetoforla tənzimləyib dəmiryol körpüsünün altından şəhər istiqamətinə ötürmək olar. Bu təklif məntiqli və mümkündür. Çox ağıllı təklifdir”.
Bahar Rüstəmli
Baxış sayı:19
Bu xəbər 19 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















