Icma.az
close
up
RU
Bakı Sumqayıt yolunda tıxacların üç əsas SƏBƏBİ Nə vaxt həllini TAPACAQ?

Bakı Sumqayıt yolunda tıxacların üç əsas SƏBƏBİ Nə vaxt həllini TAPACAQ?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Lakin bu əlamətdar hadisə öz gəlişi ilə paytaxt sakinləri üçün böyük problemlər də gətirir.
Hər kəsi narahat edən əsas problem isə heç şübhəsiz tıxacların artmasıdır.
Təsadüfi deyil ki, tədris dövründə paytaxt yollarında, xüsusən də Bakının giriş-çıxış məntəqələrində kilometrlərlə uzanan tıxaclar olur.
 

MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt yolunda sıxlığın azaldılması ilə bağlı Fəzail Ağamalıdan TƏKLİF


Bu mövzuda çox danışılsa da təəssüf ki, dəyişən bir şey yoxdur. Ən pisi də odur ki, tıxacların azalması üçün bu yay yaddaqalan heç bir layihə həyata keçirilmədi. Bu da o deməkdir ki, bizi qarşıda əvvəlki illərdən daha böyük tıxaclar gözləyir.
Bakı-Sumqayıt yolunun bitməyən tıxacları
Paytaxtda ən ağır və uzun tıxac bir qayda olaraq Xırdalan-Bakı və əks istiqamətdə olur. Pik saatlarında paytaxta tələsənlər əsasən Biləcəri yoxuşundan sonra tıxac həyəcanını yaşayır.
Doğrudur, şəhərin digər girişlərində də tıxac müşahidə edilir. Amma qəribədir ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətində tıxaclar daha uzun və əzabverici olur. Belə ki, 20 Yanvar ərazisindən başlayan tıxac Masazır dairəsinə qədər uzanır. Gündüz saatlarında 7-8 dəqiqəyə qət edilən bu məsafəni pik saatlarında 2-3 saata ancaq getmək olur. Bunun da bir sıra səbəbləri var.
Ekspertlərin rəyinə görə bu istiqamətdə tıxac yaradan üç əsas problem var.
Problemin birincisi “ekologiya postu” deyilən ərazidə avtobus zolağı ilə paralel Şamaxı istiqamətində çıxışın bir-birinə əngəl olmasıdır. Sürücülər avtobus zolağına çıxmamaq üçün sona qədər düz hərəkət edir, sağa çıxmırlar. Nəticədə bu ərazidə ağır tıxac yaranır. Halbuki avtobus zolağı postdan sonra ləğv olunur. Belə vəziyyətdə dəmir yolundan posta qədər olan avtobus zolağının heç bir əhəmiyyəti qalmır.
Tıxacın ikinci dalğası “Xırdalan dairəsi”ndə başlayır.
Dairəyə ilk daxil olan nəqliyyat vasitəsinə yol verilməsi səbəbindən Bakı istiqamətindən gələn avtomobillər üçün ciddi problem yaranır. Halbuki bu problemin çözümü o qədər də çətin deyil. Baş yol iştirakçısı statusunun Bakı istiqamətindən gələn nəqliyyat vasitələrinə verilməsi və yaxud DYP patrullarının ərazidə bir müddət nəzarəti gücləndirməsi ərazidəki tıxac problemini aradan qaldıra bilər.
Tıxacın son dalğası yolun Xırdalan qəbristanlığına qalxan hissəsində olur.
 

Buna səbəbsə yolun sağındakı marketlərdir. Həmin marketlərin yola çox yaxın olması parklanma üçün problem yaradır. Nəticədə sürücülər avtomobili daha aşağı sürətlə sürərərək parkinq üçün uyğun yer axtarır. Bu da digər yol hərəkəti iştirakçıları üçün problem yaradır.


Əgər bu 3 məntəqədə yol hərəkəti yenidən tənzimlənsə, Bakı-Sumqayıt yolunda tıxac problemini böyük ölçüdə azaltmaq olar.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri