Bu yol çökdü
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şamaxı rayonunda avtomobil yolu çöküb.
Bakıvaxtı.az-ın oxu.az-a istinadla məlumatına görə, hadisə Şamaxı rayonunu Kürdəmir və Hacıqabul rayonları ilə birləşdirən yolda baş verib.
Şamaxı-Göylər-Padarçöl-Hacıqabul avtomobil yolunun Göylər qəsəbəsi ərazisindən keçən hissəsi bir neçə yerdən çöküb. Avtomobil yolunun bir hissəsi tam yararsız vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti çətinləşib.
Xatırladaq ki, sözügedən yol 2017-ci ildə əsaslı təmir olunub. 2019-cu ildə yol yenidən yararsız vəziyyətə düşüb və təmir işləri aparılıb. Son günlər yağan aramsız yağışlar nəticəsində isə yolun bir hissəsi tam çöküb.
Qeyd edək ki, sözügedən magistral Şamaxı rayonunu ilə Hacıqabul və Kürdəmir rayonlarını birləşdirən yeganə yoldur.
Baxış sayı:54
Bu xəbər 21 İyul 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















