Azərbaycanda bu yol çökdü Video
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba–Xınalıq yolunun 35-ci kilometrliyində yol çöküb.
Axar.az İTV-yə istinadla xəbər verir ki, son günlər yağan yağışlardan sonra yolun hərəkət hissəsi sürətlə dərəyə doğru uçur.
Yeddi yaşayış məntəqəsinin sakinlərinin istifadə etdiyi bu yol eyni zamanda bölgənin əsas turizm marşrutlarından biridir.
“Gedib-gəlmək çətindir. Bu yoldan hər gün istifadə edənlər var. Sürüşmələr çox olduğu üçün yollar pis gündədir”, – deyə sakinlərdən biri qeyd edib.
AAYDA-dan məsələ ilə bağlı bildirilib ki, Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır:
“Hadisənin baş verdiyi hissədə nəqliyyat vasitələrinin hərəkəti üçün yolun digər zolağı təhlükəsizlik təmin edilməklə açıq saxlanılıb”.
Baxış sayı:54
Bu xəbər 11 Sentyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















