Icma.az
close
up
RU
Bu yolların təmirinə 1,3 milyon manat ayrıldı

Bu yolların təmirinə 1,3 milyon manat ayrıldı

Abşeron rayonunun Hökməli, Məmmədli və Qobu qəsəbələrində yollar əsaslı təmir olunacaq.

Xalqcebhesi.az Trend-ə istinadən xəbər verir ki, təmir işləri Hökməli qəsəbəsinin S.Əsgərova, Ə.Cəfərov, Həsən Əliyev, Y.Qarayev küçələrində, Məmmədli qəsəbəsinin M.Şirinov, E.Əliyev, M.Zeynalov, Z.Əliyeva, B.Vahabzadə küçələrində, Qobu qəsəbəsinin isə A.Qəribov, T.Sahibcanov, NHacıağayev küçələrində aparılacaq.

Məlumata görə, artıq bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti (RİH) hazırlıqlara başlayıb.

RİH sözügedən işlərin icrasını "Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.298.707,29 AZN (1 milyon 298 min 707 manat 29 qəpik) müqavilə bağlayıb.

seeBaxış sayı:70
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri